Icma.az
close
up
RU
Orqanlarımızı necə bağışlaya bilərik?

Orqanlarımızı necə bağışlaya bilərik?

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Ən çox böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir”.

Yerli mətbuatda yayılan məlumatlara görə, bunu Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.

O qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.

Maraqlıdır, Azərbaycanda donor ola bilmək üçün nə etmək lazımdır? Orqanlarımızın ehtiyacı olanlara necə bağışlaya bilərik?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər.

Onun sözlərinə görə, vətəndaş sağlığında kök hüceyrə, sümük iliyi, yaxın qohumlara isə böyrək və qaraciyəri bağışlamaya bilər:

“Ölümündən sonra donor olmaq istəyən vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə yaxınlaşmalı, müvafiq müraciət ərizəsini doldurmalıdır.

Hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus “odtkm.gov.az” rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan "Donor ol" bölməsi fəaliyyət göstərir.

Bu gün könüllü donor olmaq istəyən hər kəs "Donor ol" bölməsinə daxil olmaqla qeydiyyata düşə bilərlər.

Məhz bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb”.

O bildirib ki, hər ölən şəxsin orqanı da yararlı olmur:

“Orqanın bağışlanması üçün insan dünyasını dəyişən vaxt mütləq süni tənəffüs aparatında olmalıdır. Süni tənəffüs aparatının ağciyərlərə vurduğu oksigen qaz mübadiləsi vasitəsilə qana keçir və ürək daxil olmaqla bütün orqanlar qanla təchiz edilir.

Ürəyin beyindən asılı olmayan öz avtonom sinir sistemi var. Ona görə də ürək beyindən siqnal gəlmədən üç gün işləyə bilir. İki, maksimum üç sutka orqanlar yararlı vəziyyətdə olur, onları ehtiyacı olan xəstələrə köçürmək mümkün olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri