Icma.az
close
up
RU
Orta aylıq əməkhaqqı bazasındakı artımlar real bazarla müqayisədə aşağı səviyyədədir İqtisadçı

Orta aylıq əməkhaqqı bazasındakı artımlar real bazarla müqayisədə aşağı səviyyədədir İqtisadçı

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, orta aylıq əmək haqqının 7,4 faiz artması yaşayış səviyyəsinə müsbət təsir göstərmir:


“İlk növbədə, biz inflyasiyanın real vəziyyətinə diqqət etsək, görərik ki, 2025-ci  ilin ümumi inflyasiya proqnozlarına görə, inflyasiya səviyyəsi ötən illərlə müqayisədə artacaq. Artıq yanvar ayından etibarən bu artımları müşahidə etməyə başlamışıq. Azərbaycanın ümumi daxili məhsulunda 1,7 faizə qədər azalma müşahidə olunur. Digər bir tərəfdən nəzərə almaq lazımdır ki, qiymətlər də sürətlə artır, kommunal xərclər yüksəlir, həm ərzaq bazarında, həm geyim bazarında, həm də digər zəruri istehlak mallarında bahalaşma özünü göstərməkdədir. Bu baxımdan da real vəziyyətdə yaşayış səviyyəsinə orta aylıq əmək haqqının artması müsbət təsir göstərməyəcək. Orta aylıq əmək haqqı ümumilikdə əmək haqqı bazasında artım kimi səciyyələndirilə bilməz. Müəyyən kateqoriyadan olan insanlar üçün əmək haqlarının artırılması nəticə etibarilə də orta aylıq əmək haqqının səviyyəsinə təsir göstərir. Biz bunu bütövlükdə əhalinin yaşayış səviyyəsinə şamil edə bilmərik. Bu baxımdan da inflyasiya səviyyəsinin yüksək olması, qiymətlərin bahalaşması real vəziyyətdə yaşayış səviyyəsinə müsbət təsir etmir və demək olar ki, vəziyyət dəyişmir. Yəni 7,4 faizlik artımın müqabilində həm qiymətlərin, həm inflyasiyanın yüksəlməsi nəticə etibarilə vəziyyəti dəyişmir, vətəndaşların xərcləri də artır. Maliyyə Nazirliyinin proqnozlarına görə, bu il inflyasiya 5-6 faiz civarında proqnozlaşdırılıb. Lakin biz real vəziyyətdə bunun daha yüksək olduğunu müşahidə edirik. Bu baxımdan da orta aylıq əməkhaqqı bazasındakı artımlar real bazar və istehlak münasibətləri ilə müqayisədə çox aşağı səviyyədədir və 7,4 faizlik artım xüsusi bir müsbət tendensiya kimi qiymətləndirilə bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri