Icma.az
close
up
RU
Orta Dəhliz təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır Rövşən Rüstəmov

Orta Dəhliz təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır Rövşən Rüstəmov

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Orta Dəhliz Avrasiyanın mərkəzində yerləşən ölkələr üçün alternativ və təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır.

Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qəbul edilən birgə qərarlar, vahid texniki və əməliyyat standartlarının tətbiqi yük daşımalarının optimallaşdırılmasında və tranzit potensialından səmərəli istifadədə mühüm rol oynayır: "Əminik ki, bu cür koordinasiyalı fəaliyyət regionun nəqliyyat zəncirinin dayanıqlığını və rəqabətqabiliyyətliliyini artırır. Əməliyyatların rəqəmsallaşdırılması, mərkəzləşdirilmiş tranzit sistemlərindən istifadə və real vaxt rejimində daşımaların izlənməsi kimi texnoloji həllər bu prosesin mühüm tərkib hissəsidir. "Azərbaycan Dəmir Yolları" artıq bu sahədə bir sıra innovativ layihələri həyata keçirir".

O əlavə edib, son illərdə Azərbaycan ərazisində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə genişmiqyaslı işlər görülüb: "Bakı-Tbilisi-Qars dəmir yolu artıq Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayır. Bu xəttin modernizasiyasından sonra onun buraxılış qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" Orta dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq üçün infrastrukturun inkişafı istiqamətində işlərini davam etdirir, o cümlədən "Şərq-Qərb" istiqamətində əsas magistral dəmir yolu olan Bakı-Böyük-Kəsik xəttində dəyişən cərəyana keçid üzrə işlər uğurla aparılır".

R.Rüstəmov qeyd edib ki, ADY bu ilin 10 ayı ərzində Orta Dəhliz üzrə 317 blok qatarı, o cümlədən 119 tranzit qatarı qəbul edib: "Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 % artım deməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri