“Orta Dəhliz”də vahid tranzit yük sənədi və asanlaşdırılmış gömrük prosedurları reallaşdırılacaq Yol Xəritəsi təsdiqlənib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, “Orta Dəhliz” vasitəsilə daşınan yüklərə münasibətdə vahid tranzit yük sənədinin və asanlaşdırılmış gömrük prosedurlarının tətbiqi ilə bağlı dəhliz üzərində yerləşən dövlətlərin aidiyyəti qurumları ilə müzakirələrin aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi nəzərdə tutulub.
Eyni zamanda, il ərzində beynəlxalq ticarət prosedurlarının və qaydalarının ardıcıllıqla və geniş izah edildiyi müvafiq dövlət internet səhifəsinin və ya informasiya portalının yaradılması, sərbəst/preferensial ticarət sazişlərinin imzalanması istiqamətində araşdırmaların aparılması və nəticələri barədə məlumatların Komissiyaya təqdim edilməsi planlaşdırılır.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət işçi qrupu”na rəhbərliyi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















