Icma.az
close
up
RU
Orta təhsilli şəxslər 1 il əsgər gedə bilər AÇIQLAMA

Orta təhsilli şəxslər 1 il əsgər gedə bilər AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, peşəkar ordu modelinə keçid istiqamətində atılan addımlar fonunda orta təhsilli şəxslərin də qısa müddətdə xidmət keçməsi məsələsi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, xidmət müddətinin azaldılması ilə yanaşı, məktəblərdə çağırışaqədərki hərbi hazırlığın da gücləndirilməsi vacibdir.

Bəs orta təhsilli şəxslər gələcəkdə 1 il hərbi xidmət keçə biləcəklərmi?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətlə bağlı müxtəlif təkliflər səsləndirilsə də, bu istiqamətdə nə qanunverici orqanların, nə də güc strukturlarının nümayəndələri ciddi münasibət bildirirlər.

Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi xidmət müddətinin azaldılmasına ehtiyac var:

“Biz peşəkar orduya keçid edirik. Bu baxımdan hərbi xidmət müddətinin də azaldılması vacibdir. Hazırda orta təhsilli şəxslər 1 il 6 ay xidmət edirlər. Hesab edirəm ki, 1 il kifayət qədər normal müddətdir. Hətta gələcəkdə bunu 9 aya endirmək də mümkündür. Amma bunun üçün müəyyən zaman lazımdır”.

Üzeyir Cəfərov qeyd edib ki, orta təhsilli şəxslərin 1 il xidmət keçməsi gələcəkdə reallaşa bilər.

“Bu dəyişikliklə paralel olaraq məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyəti də artırılmalıdır. Orta məktəblərdə, liseylərdə və texniki peşə məktəblərində hərbi hazırlıq dərsləri gücləndirilməli, şagirdlər əyani vəsaitlərlə təmin olunmalıdır.

Təklif edirəm ki, Elm və Təhsil Nazirliyinin xətti ilə ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərsinlər. Gənclərə çağırışa qədər ilkin hərbi biliklər və praktiki hazırlıq keçirilməlidir”.

Hərbi ekspertin fikrincə, gələcəkdə Azərbaycanda orta təhsilli şəxslərin 1 illik hərbi xidmət sisteminə keçid mümkündür və ölkə gec-tez bu məsələyə qayıdacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 May 2026 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri