Icma.az
close
up
RU
Ortabab ailələr belə aviabilet alıb səyahətə gedə bilmirlər EKSPERT

Ortabab ailələr belə aviabilet alıb səyahətə gedə bilmirlər EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Quru sərhədlər də qapalı olduğu üçün ölkə daxilində qalır, ancaq daxili turizmdən istifadə edə bilirlər   


Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1188,9 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. Yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Xarici ölkələrə səfər edənlərin sayında azalmanın səbəblərinə toxunan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, bu, əsasən xərclərin artmasıyla bağlıdır:


   - Məlumdur ki, səyahət qiymətləri, tur-paketlərin qiyməti getdikcə yüksəlir. Bu, ümumi qiymət artımı ilə bağlı olan haldır. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu tendensiya müşahidə olunur. Gəlirlər azalır, xərclər artır. Bu da insanları əyləncələrə, səyahətlərə daha az xərc çəkməyə vadar edir. İkinci əsas səbəb quru sərhədlərin hələ də qapalı qalmasıdır. İnsanlar vardı ki quru yolla, qatarla, şəxsi avtomobilləri ilə qonşu ölkələrə səyahət edə bilirdilər. Bu imkanlar məhdud olduğu üçün, hava nəqliyyatı ilə səfərlər də xeyli baha olduğu üçün səyahət edənlərin sayında, təbii ki, azalmalar var. Amma görürük ki, xarici ölkələr arasında yenə də ilk sırada qardaş Türkiyədir. Rusiyaya səfərlərin azalmasının səbəbləri də məlumdur. Siyasi mənzərə bəllidir. Azərbaycanlılara hansı münasibət göstərilir, bilirik. İqtisadi əlaqələr də zəifləyir. Xaricə səfərlərdə daha çox hava nəqliyyatından istifadə də quru sərhədlərin bağlı olmasından irəli gəlir. Quru sərhədləri açıq olduğu dönəmlərdə imkanlı şəxslər təyyarə ilə səfərlərə üstünlük verirdi, ortabab, nisbətən aztəminatlılar dəmiryolundan istifadə edirdi. İndi bu şərtlər yoxdur. Ortabab ailələr yüksək qiymətə  aviabiletlər alıb xarici ölkələrə səyahətə gedə bilmir. Quru sərhədlər də qapalı olduğu üçün ölkə daxilində qalır, ancaq daxili turizmdən istifadə edə bilirlər.   


F.İbrahimov xaricə səfər edənlərin sayında azalma olsa da, ölkəmizə məhz işgüzar səfərə gələnlərin sayında artım olmasını müsbət hal hesab edir: 

- Bu, ölkəmizin iqtisadi yüksəlişinə, burada həm investorlara, həm  də fərdi şəxslərə işləmək üçün münbit şəraitin olduğunu göstərir. Bu ilin yanvar-may aylarında Azərbaycana konkret olaraq turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 670 196 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Və bu göstəricinin 145 532 nəfəri ölkəyə işgüzar məqsədlə gələnlərin payına düşür. Bu isə 1 il əvvələ nisbətən 93,9 faiz çoxdur. Maraqlıdır ki, statistik məlumatlara görə, Azərbaycana işgüzar səfərlər ən çox Rusiyadan baş tutub. Hətta qardaş Türkiyədən gələnlərin sayından da artıqdır bu göstərici. Bu da onu göstərir ki, münasibətlərdə müəyyən gərginliyə baxmayaraq, Azərbaycan Rusiya vətəndaşları üçün də əlverişli ölkədir. Ola bilsin, Rusiyadan ölkəmizə səfər edənlərin bir hissəsini azərbaycanlılar təşkil edir. Bu da mənfi hal deyil. Bütün hallarda ölkəmizə investisiya axını var. İstər turizm səfərləri, istərsə də işgüzar səfərlər hesabına.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri