Icma.az
close
up
RU
Ortaq dil ideyası qlobal arenada türk dünyasının daha güclü səsə çevrilməsi deməkdir Deputat

Ortaq dil ideyası qlobal arenada türk dünyasının daha güclü səsə çevrilməsi deməkdir Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının yenidən Azərbaycanda keçirilməsi böyük tarixi və strateji hadisədir. Bu, bir tərəfdən ölkəmizin artan nüfuzunun, digər tərəfdən isə türk dünyasının inteqrasiyasında Azərbaycanın mərkəzi rolunun göstəricisidir. Zirvə görüşü ortaq mədəniyyətimizin, kimliyimizin, tarixi bağlarımızın möhkəmlənməsi üçün mühüm platformadır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının yenidən Azərbaycanda keçirilməsindən danışarkən bildirdi.

O vurğuladı ki, Türk Dövlətləri Təşkilatı əsrlər boyu ortaq tarix, mədəniyyət və dəyərlər üzərində formalaşan təbii birlikdir:

"Son illərdə ortaq əlifba məsələsi gündəmə gətirildiyi kimi, gələcəkdə ortaq türk dilinin formalaşması da real perspektivdir. Bu, mərhələli şəkildə, ilk növbədə təhsil, media və mədəniyyət sahələrində koordinasiya ilə həyata keçirilə bilər. Əslində, artıq bu istiqamətdə mühüm addımlar atılıb, türkdilli xalqlar arasında qarşılıqlı anlaşma gündən-günə güclənməkdədir. TDT çərçivəsində inteqrasiya prosesi getdikcə dərinləşəcək, siyasi və iqtisadi gücümüzün artmasına və ümumtürk birliyinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Deputat əlavə etdi ki, ortaq dil ideyası mədəni birlik, qlobal arenada türk dünyasının daha güclü səsə çevrilməsi deməkdir:

"Azərbaycan hər zaman türk dünyasının həmrəyliyi, ortaq idealların reallaşması üçün qətiyyətlə çalışıb və bundan sonra da çalışacaq. Türk birliyi gücləndikcə, hər bir üzv dövlətin təhlükəsizliyi, inkişafı və beynəlxalq mövqeyi də güclənəcək".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri