Ortaq türk ordusu yolunda növbəti addım? Prezidentdən tarixi TƏKLİF
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Azərbaycan Prezidentinin Qəbələdə TDT-nin Zirvə Toplantısında etdiyi təkliflər arasında üzv dövlətlərin ortaq hərbi təlimlər keçirilməsi ilə bağlı təklifi olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, TDT artıq bir mədəni təşkilat olmaqdan çıxıb, getdikcə daha sıx inteqrasiya və əlaqələri olan formata çevrilməkdədir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, son illər üzv ölkələr arasında həm ikitərəfli formada, həm də təşkilat olaraq çoxistiqamətli əməkdaşlıq qurulub və möhkəmləndirilib:
“Bunların arasında təhlükəsizlik və müdafiə sahəsində də addımların atıldığı müşahidə edilir. Azərbaycan və Türkiyə arasında münasibətlər nümunə təşkil edə bilər. Prezidentin də dediyi kimi, son 1 ildə iki ölkə arasında 25-ə yaxın birgə hərbi təlim keçirilib. Belə təlimlərin türk dövlətləri arasında keçirilməsi vacibdir.
Əgər bu təklif qəbul olunacaqsa və gələn il keçiriləcəksə, bu, kifayət qədər ciddi addım olacaq. Bu o demək olacaq ki, TDT gələcək dünya düzənində qlobal aktorlardan biri olmaqda qərarlıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Prezidentdən yay transfer pəncərəsiylə bağlı təklif
26 Fevral 2025 02:24
Prezidentdən TDT ilə bağlı maraqlı təklif
07 Oktyabr 2025 13:58
Prezidentdən humanizm prinsipinə əsaslanan addım
27 May 2025 14:16
Prezidentdən NÖVBƏTİ CİDDİ MESAJLAR TƏHLİL
30 Yanvar 2025 17:33
Türk dünyası birliyi yolunda ortaq əlifba
29 Aprel 2025 12:29