Orxan “ArazNaxçıvan”ı daha güclü gördü
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
14-cü turun ilk oyununda “Araz-Naxçıvan” səfərdə “Kəpəz”i 2:0 hesabıyla məğlub etdi.
Çempionatın liderlərindən olan naxçıvanlıların Tovuzdan qələbə ilə qayıtması gözlənilməz deyildi. Turun açılış oyunu həm də ona görə maraqlı idi ki, Azər Bağırov yeni və köhnə komandaları qarşılaşırdı.
Orxan Əliyev də “qırmızı-ağlar”a ilk dəfə rəqib olurdu. Bəs məğlubiyyətin səbəbi nə oldu?
Orxan oyunla bağlı fikirlərini “Futbol+” ilə bölüşdü:
“Bu oyuna qeyri-adi motivasiyam yox idi. Normal, adi çempionat oyunu kimi hazırlaşmışdım. Ümumiyyətlə, oyunumuz alınmadı. Nə birinci hissə, nə də ikinci hissə o deyildi. Deyərdim ki, heç nə alınmadı. Öz səhvlərimizə görə iki qol buraxdıq. Meydanda rəqib daha yaxşı görünürdü. Bu oyunu yaddan çıxarmalıyıq. Gələn oyuna daha yaxşı hazırlaşmaq lazımdı. Həvəsdən düşmürük. Bu pillədən qurtulacağımıza inanırıq”.
RÖYANƏ OĞUZ
Baxış sayı:63
Bu xəbər 30 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















