Orxan Məmmədov: Ötən il Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə innovativ təcrübə kimi qiymətləndirilib
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"KOB-larla bağlı üç vacib məsələyə xüsusi diqqət yetirilməlidir. Birincisi, KOB-ların ehtiyacları daim nəzərdən keçirilməlidir. İkincisi, bu ehtiyaclar əsasında xüsusi dəstək alətləri və xidmətlər yaradılmalıdır. Həmin mexanizmlərə və xidmətlərə əlçatanlıq təmin edilməlidir".
Oxu.Az xəbər verir ki, bu sözləri I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O bildirib ki, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində tematik məsləhətləşmələr təşkil olunur:
"Sözügedən kommunikasiya kanalları vasitəsilə əldə etdiyimiz məlumatlar əsasında xüsusilə KOB-lara yönəlmiş müxtəlif dəstək mexanizmləri hazırladıq - daxili bazar araşdırması, ticarət mərkəzlərinə çıxış, qrant proqramı, "Startap" şəhadətnaməsi, KOB klaster mexanizmi, daxili və xarici sərgilərdə iştiraka dəstək və sair".
Orxan Məmmədov vurğulayıb ki, KOB-ların potensialının artırılmasına xüsusi diqqət yetirilir:
"Bu məqsədlə KOB inkişaf mərkəzləri və KOB Model Müəssisəsi yaradılıb ki, bu mexanizmlər gələcək iqtisadi tendensiyalara daha uyğun xidmətlər göstərməkdədir. Bizneslərin dövlətin dəstək alətlərinə, eləcə də G2B və B2B xidmətlərinə çıxışını asanlaşdırmaq üçün "bir pəncərə xidmət modeli" - "KOB evləri" fəaliyyət göstərir. Yeri gəlmişkən, ötən il Azərbaycanın "KOB evi" modeli beynəlxalq səviyyədə tanınaraq, innovativ təcrübə kimi qiymətləndirilib".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















