Icma.az
close
up
RU
Orxan Məmmədov: Turnir Bakıda keçirildiyi üçün azarkeşlərin gözləntisi böyükdür

Orxan Məmmədov: Turnir Bakıda keçirildiyi üçün azarkeşlərin gözləntisi böyükdür

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan minifutbol yığmasının Bakıda keçiriləcək dünya çempionatında hədəfi qızıl medal qazanmaq olacaq. Sport24.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.

O, yarış üçün təşkil olunan "Fan Zona"da vətəndaşların asudə vaxtlarını keçirə biləcəklərini söyləyib:

"Bu, turnirə marağı daha da artıracaq. Milli Gimnastika Arenasında son işlər görülür. Bir neçə günə tam hazır olacaq. Hesab edirik ki, mayın 19-da futbol əfsanələri arasında baş tutacaq matç da azarkeşlər tərəfindən rəğbətlə qarşılanacaq. Futbol ictimaiyyəti həmin görüşü çox istəyir".

AMF prezidenti yığmanın hazırlığına da toxunub:

"Milli komanda da hazırlığı davam etdirir. Daha əvvəl beynəlxalq turnirdə iştirak etmişik. Dünya çempionatından əvvəl son oyunumuzu Birləşmiş Ərəb Əmirliklərinin komandasına qarşı keçirəcəyik. Turnir Bakıda keçirildiyi üçün azarkeşlərin gözləntisi böyükdür. Rəhbərlik olaraq bizim də gözləntilərimiz belədir. Yarışın qalibi olmaq istəyirik. Bunu da məqsəd kimi qoymuşuq. Amma bu, dünya çempionatıdır. Rəqabət böyükdür. Düşünürəm ki, "3-lüy"ə düşmək bizim üçün böyük uğur sayılacaq".

Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri