Osimhen Qalatasaray dakı durumundan danışdı: Buradakı həyatımdan zövq alıram
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Napoli"yə məxsus olsa da, “Qalatasaray”da icarə əsasında oynayan Viktor Osimhen gələcəyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, İtaliya mətbuatına müsahibə verən nigeriyalı forvard özünü Türkiyədə xoşbəxt hiss etdiyini dilə gətirib:
"Hər kəs üçün ən yaxşı qərar mövsümün sonunda veriləcək. “Qalatasaray” hər zaman ürəyimdə qalacaq. Əlbəttə, haqqımda həmişə söz-söhbətlər olur. Amma mən indiki zamanı yaşamağa üstünlük verirəm. İndi özümdən, klubdan və buradakı həyatımdan zövq alıram. Azarkeşlər də ilk gündən inanılmaz dərəcədə dəstək oldular".
26 yaşlı hücumçu 2024-cü il sentyabrın 4-də “Qalatasaray”a 1 mövsümlük icarəyə verilmişdi. Onun transfer dəyəri 70 milyon avrodur. Osimhenin “Napoli” ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, Viktor “Volfsburq”, “Şarlerua”, “Lill” komandalarında da çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















