Icma.az
close
up
RU
Osimhenin Qalatasaray a keçmə ehtimalı 30 faizdi mübarizəyə PSJ də qoşuldu!

Osimhenin Qalatasaray a keçmə ehtimalı 30 faizdi mübarizəyə PSJ də qoşuldu!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

''Qalatasaray'' fanatlarının Viktor Osimhenin transferinin bitməsini gözləməkdən az qala gözlərinin kökü saraldı. Amma Türkiyə çempionu düyünə düşən bu transferi heç cür tamamlaya bilmir.
Öncəki günlərdə İstanbul nəhənginin transferi bitirməyə yaxın olduğu deyilirdisə, Neapoldan gələn son xəbərlər çətin ki, ''sarı-qırmızılar''a könül verənlərin ürəyincə olsun. ''Qalatasaray''ın 75 milyon avroluq sərbəstqalma məbləğinin ödəmə planı heç cür ''Napoli'' rəhbərliyini qane etmir. Əvvəlki xəbərlərdə qeyd olunurdu ki, ''Cim-Bom'' 40 milyon avronu nəğd, qalan 35 milyon avronu isə bankdan təminat kağızı ilə birlikdə 2027-ci ilə qədər ödəməyi təklif edib. Amma ''Napoli''nin prezidenti Aurelio De Laurentis ənənəsinə sadiq qalaraq yenə işi çıxılmaz həddə çatdırıb. Başqan istanbullulardan həm qalan məbləğin 2026-cı ilin sonuna qədər ödənilməsini tələb edib, həm də Osimhenin sonrakı satışından pay istəyib. Bu şərt qarşısında şoka düşən ''Qalatasaray'' rəsmiləri De Laurentisin istəyini dərhal geri çeviriblər.
Bütün bunlar azmış kimi Fransanın ünlü ''Ekip'' nəşri PSJ-nin Osimhen uğrunda mübarizəyə qoşulduğunu iddia edib. Fransızların xəbərinə görə parislilərin İdman direktoru Luis Kampos forvardın ətrafı ilə əlaqə qurub. Kampos daha öncə 2021/22-nin ikinci dövrəsində ''Qalatasaray''da Burak Elmasın prezidentliyi dönəmində baş məsləhətçi kimi çalışıb. ''Napoli'' artıq yeni mövsümün hazırlıqlarına start verib. Osimhen isə ''Napoli''yə sağlamlıq durumu ilə bağlı kağız göndərərək hazırda məşqə çıxmağa hazır olmadığını bildirib. Bu arada ''Napoli'' rəsmiləri Türkiyənin ''Sabah'' nəşrinə transferdəki son durumla bağlı məlumat verərkən bir maraqlı detalı açıqlayıblar.
Onlar ''Qalatasaray'' tərəfdən təminat sənədi verilməsi ilə bağlı məlumatın tamamilə yanlış olduğunu bildiriblər. Onlar eyni zamanda transferin baş tutmalı ehtimalını 30 faiz civarında qiymətləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri