Icma.az
close
up
RU
“Oskar” mükafatçısı VƏFAT ETDİ

“Oskar” mükafatçısı VƏFAT ETDİ

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Sonuncu İmperator” filmi ilə “Oskar” mükafatına layiq görülən məşhur britaniyalı prodüser Ceremi Tomas 77 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, “Variety” jurnalının məlumatına görə, Tomas Oksfordşirdəki kənd evində ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.

1949-cu ildə Londonda rejissor ailəsində anadan olan Tomasın atası Ralf Tomas “Doktor” filmləri seriyası, əmisi Cerald Tomas isə “Carry On” filmləri ilə tanınıb. O, təhsilini başa vurduqdan sonra kino sənayesində fəaliyyətə başlayıb, əvvəlcə montajçı, daha sonra isə prodüser kimi çalışıb. Tomasın ilk prodüserlik işi 1976-cı ildə Avstraliyada çəkilən “Mad Dog Morgan” filmi olub.

Yarım əsrdən artıq davam edən karyerası ərzində Tomas 80-dən çox bədii filmin istehsalında iştirak edib. O, “Recorded Picture Company”nin, daha sonra isə “HanWay Films”in həmtəsisçilərindən biri olub.

Prodüserin karyerasının ən böyük uğuru 1988-ci ildə Bernardo Bertoluççinin “Sonuncu İmperator” filminə görə “Ən yaxşı film” nominasiyasında “Oskar” qazanması olub. Film həmin il ümumilikdə doqquz “Oskar” mükafatına layiq görülüb. Tomas Bertoluççi ilə 17 il ərzində beş film üzərində çalışıb.

Onun prodüser kimi fəaliyyət göstərdiyi digər məşhur filmlər arasında Conatan Qleyzerin “Seksi heyvan”, Devid Kronenberqin “Qəza”, Kristofer Hemptonun “Təhlükəli metod” və Naqisa Oşimanın “Miladınız mübarək, cənab Lourens” ekran əsərləri yer alır. Tomas həmçinin Cim Yarmuş, Stiven Frirs, Verner Hersoq, Terri Gilliam, Riçard Linkleyter və Vim Venders kimi tanınmış rejissorlarla əməkdaşlıq edib.

Tomas 2006-cı ildə dünya kinosuna verdiyi töhfələrə görə Avropa Film Mükafatına layiq görülüb. 2021-ci ildə isə onun yaradıcılığı Mark Kazinsin “Ceremi Tomasın fırtınaları” sənədli filminin mövzusuna çevrilib.

Məşhur prodüser ömrünün son günlərinə qədər kino fəaliyyətini davam etdirib. O, Takasi Miikenin yeni filmi “Pis leytenant: Tokio”nun üzərində çalışıb. Filmin dünya premyerasının sentyabrın 14-də Torontoda keçirilməsi planlaşdırılır.

Murad İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Sentyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri