Oskar mükafatlı məşhur ssenarist vəfat etdi
Vudi Allenlə birlikdə yazdığı ssenariyə görə Oskar mükafatına layiq görülən Marşal Brikman dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, bu barədı onun qızı Sofi məlumat verib.
Vudi Allenin ən yaxşı filmlərindən biri olan "Enni Hollin" ssenarisini rejissorla birgə yazan və “Ən yaxşı orijinal ssenari” nominasiyasında Oskar mükafatı qazanan ssenarist Marşall Brikman 85 yaşında vəfat edib.
Marşall, həmçinin "Brickmann The Tonight Show"un baş yazıçısı idi. O, The "Muppet Show" da daxil olmaqla bir çox televiziya istehsalı üçün ssenarilər yazıb.
Seymur BƏNNAYEV
Sitat.info
Baxış sayı:61
Mənbə:https://sitat.info