“Oskar” mükafatlı rejissor vəfat etdi KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, o, aprelin 21-də Buenos-Ayresdə ölüb.
“Böyük kədər hissi ilə görkəmli ssenarist, rejissor, prodüser və təşkilatımızın üzvü Luis Puenso ilə vidalaşırıq. O, bu gün Buenos-Ayres şəhərində 80 yaşında dünyasını dəyişib”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Puenso 1986-cı ildə “Rəsmi versiya” filmi ilə Oskar mükafatına layiq görülüb. O, həmçinin “Qoca qrinqo” (1989) və “Taun” (1992) filmləri ilə tanınıb.
Rejissor “Oskar”dan başqa “Qızıl qlobus”, doqquz “Gümüş kondor” və digər mükafatların sahibidir.\\oxu.az
Baxış sayı:128
Bu xəbər 22 Aprel 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















