Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilib
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Modern.az-a bildirib ki, təkcə ötən həftə ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 186 ha meşə fondu torpağında meşə əkini və səpini işləri aparılıb, 136 900 ədəd ağac tingi əkilib, 358 640 çalaya müxtəlif ağac və kol cinslərinə aid toxum səpilib.
Xidmət rəisinin sözlərinə görə, payız ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə 615 ha meşə fondu torpağında meşəbərpa tədbirləri aparılıb, 637 mindən artıq ağac əkilib, çala səpin üsulu ilə 1 180 071 çalaya ağac və kol cinslərinə aid toxum səpilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Noyabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















