Icma.az
close
up
RU
Ötən həftə yenə də tarix yazdıq

Ötən həftə yenə də tarix yazdıq

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən həftə Okeanın o tayında Amerika Birləşmiş Ştatlarında yenə də tarix yazdıq. Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev bizə tariximizin növbəti qürurunu yaşatdı. Cənab Prezidentin BMT sessiyasındakı möhtəşəm çıxışı, bu çıxışın hər bir detalı birmənalı olaraq Azərbaycanın dünyaya növbəti mesajı idi. Bu çıxış müstəqil, suveren, güclü, azad Azərbaycanın haqlı mövqeyinin, dönməz iradəsinin növbəti təntənəsi idi.

Həm də bu sessiya Azərbaycan tarixinin şanlı təqvim gününə - 27 sentyabr ərəfəsinə rast gəlmişdi. Mövqeyimiz və hədəflərimiz haqqında məhz bu tarix - 27 sentyabr Vətən müharibəsinin başlandığı tarix ərəfəsində BMT Ali kürsüsündən dövlət başçımız tərəfindən səsləndirilən fikirlərin məcmusu, elə özünün də vurğuladığı kimi, bir daha sübut etdi ki, biz həm müharibədə, həm də sülhdə qələbə qazanmışıq.

27 sentyabr - Anım günündə Prezident İlham Əliyev və 1-ci vitse Prezident, xanım Mehriban Əliyevanın Gəncəyə səfəri zamanı terror qurbanlarının ailələri ilə, balaca Nilay, Xədicə, Bəxtiyarla görüşmələri, yaşanan duyğulu anlar əlbəttə ki, hər birimizin qəlbini həm kövrəltdi, həm də sevindirdi. Bu uşaqlarımızın heç bir günahı yox idi. Onlar cəbhə bölgəsindən çox-çox uzaqda, dinc şəkildə yaşadıqları evlərində raket atəşlərinə məruz qalmaları naticəsində yaralandılar, valideynlərini, yaxınlarını itirdilər, işğalın, terrorun qurbanı oldular.

Azərbaycan isə uzun illərdən bəri Ermənistan silahlı qüvvələri tərəfindən qarşılaşdığı təcavüzə, müharibə cinayətlərinə, terror və qanlı əməllərə rəğmən, beynəlxalq hüququn bütün normalarına tam əməl etdi, 44 günlük döyüş əməliyyatı zamanı Ermənistandan fərqli olaraq, qarşı tərəfin yaşayış məntəqələrini, mülki şəxslərini hədəf almadı, Nilayların, Xədicələrin, Bəxtiyarların və daha neçə azərbaycanlı uşağının yaşadığı müharibə dəhşətini düşmən tərəfin insanlarına yaşatmadı.

Çünki Azərbaycan dövlətinin sadiq olduğu siyasətin təməlində insan amili, sülh, stabillik, quruculuq, inkişaf dayanır. Məhz bu təmayüllər ölkəmizə hər keçən gün daha çox tərəfdaş, daha çox dost cəlb edir. Prezident İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasət ona fenomen dövlət lideri adını qazandırır, bu siyasət ölkəmizi dünyada üstün mövqelərə çıxardır.

BMT Qətnamələrini təkbaşına icra edən də, Ermənistanla münasibətlərin normallaşması istiqamətində beş təməl prinsip irəli sürən də, sülh gündəliyinin həyata keçirilməsi naminə ciddi səylər göstərən də, sülh sazişinin layihəsini tərtib edən də məhz Azərbaycandır!

Bütün bunlar və ümumiyyətlə gündəmin qlobal siyasi gedişatları səhnəsində ölkəmizin olduqca əhəmiyyətli bir söz sahibi mövqeyində olması, məhz Azərbaycanın liderliyiylə bölgəyə qalıcı sülhün gələcəyi günün uzaqda olmadığına dərin inam yaradır.

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisun Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri