Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ötən həftənin sitatları

Ötən həftənin sitatları

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Xavyer Tebas, İspaniya La Liqasının prezidenti:

“İngiltərə premyer-liqası pul itkisidi. Biz idmana sərmayə qoyulması baxımından ən səmərəli liqayıq. İtaliya öz çempionatına böyük sərmayə qoyur, lakin bu liqanın oyunçuları transfer bazarında yüksək qiymətləndirilmir. Biz iqtisadi səmərəlilik və liqanın bütövlüyü üçün çalışmalıyıq. Çempionatın inkişafına ən çox sərmayə qoyan bizim klublarımızdı. İndi mövcud olan məhsuldarlıq forması ən aktualdı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi (mövsümün sonunda istefaya göndəriləcəyi haqda xəbərlərə münasibəti):

“Futbolda hər şey mümkündü. Baş verən hər şey sizi təəccübləndirirmi? Mən heç kimdən qisas almaq fikrində deyiləm. Çünki bu işi sevirəm. Məşqçilik fəaliyyətimə mümkün qədər uzun müddət davam etmək istəyirəm. Qalmağımı istəməsələr, hər kəsə təşəkkür edəcək və gedəcəyəm”.


Xuan Laporta, “Baselona”nın prezidenti (İspaniya kubokunun “Real”a qarşı final matçından əvvəl azarkeşlərə müraciəti):

“Barselona”nın bütün azarkeşlərinə gözəl oyun arzulayıram. Sizi burda - Sevilyada gözləyirik. Çünki biz birlikdə güclüyük. Gəlin futbolçularımızı və məşqçi heyətimizi dəstəkləyək, onlar buna layiqdilər. Komandamızın böyük istedadı var. Futbolçularımız öz qabiliyyətlərinə arxayındılar. Onlar bizə sevinc bəxş etmək istəyirlər. Yaşasın “Barselona”!”


Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Üzərində işləməli olduğumuz çox komponent var. Biz konkret bir şey üzərində işləmirik. Bütün oyunçular hər dəfə meydana çıxanda bizə nəyin lazım olduğunu bilirlər. İstənilən turnirdə yalnız bir klub qalib gələcək. Klublararası Dünya Çempionatında 32 klub iştirak edəcək... Çempionlar Liqası, Fransa kuboku... Biz tarix yazmaq istəyirik. Bu istək komandamızı və azarkeşlərimizi motivə edir. Ümid edirəm ki, bütün kuboklar uğrunda sona qədər mübarizə apara biləcəyik”.


Camal Musiala, “Bavariya”nın yarımmüdafiəçisi:

“Zədələnəndən dərhal sonra - elə ilk gündən bərpa prosesinə başladım və hələlik hər şey plana uyğun gedir (Camal Almaniya çempionatının 28-ci turunun “Auqsburq”la oyununda sol budundan zədə alıb. Yerli mediada yayılan xəbərlərə görə, yarımmüdafiəçi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq – R.Y.). Mənim böyük bir hədəfim var - Klublararası Dünya Çempionatı. Çünki bu turnirdə nüfuz, klubun qazancı və yeni beynəlxalq titul uğrunda mübarizə gedir. Biz bu yay keçiriləcək turnirdə qalib gəlmək istəyirik. Mən isə ABŞ-nin stadionlarında yenidən meydana qayıtmaq istəyirəm”.


Lionel Messi, “İnter Mayami”nin hücumçusu:

“Başqa Papalara bənzəməyən, insanlara çox yaxın olan Papa, argentinalı... Sizə dünyadakı fəaliyyətinizə görə minnətdaram. Sizə ehtiyacımız olacaq. Qəbriniz nurla dolsun, Papa Fransisk!”


Han-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Real” üçün bir gündən az istirahət etmək yaxşıdı? Bəlkə hə, bəlkə də yox. Biz də fərqli vəziyyətlərdə çoxlu oyun keçirmişik. “Real” klubunun böyük komandası var və dünyanın ən yaxşı məşqçilərindən birinə sahibdi. Ançelotti əsl centlmendi. Ona böyük hörmətim var. Şənbə günü Karlonun komandasına qarşı oynayacağıq və mən matçı izləməkdən şad olacağam. Çünki Ançelotti həmin klubun üzvüdü. “Barselona” və “Real” böyük klublardı, titullar uğrunda mübarizə aparmaları təbiidi. Biz həm İspaniya kubokunun finalında, həm də La Liqada “Real”a qalib gəlmək, titullar qazanmaq istəyirik. Bu, asan olmayacaq, amma diqqətimizi hədəflərimizi reallaşdırmağa yönəltməliyik. Bu mövsüm üç kubok qazanmaq şansımız var və bu, bizim məqsədimizdi. Amma çətin olacağını bilirik. Çünki yolumuzda “Real” dayanır. Bu komanda mükəmməldi. “Barselona” finaldan həzz almalıdı. Çox gənc komandamız var və bu, əvəzolunmaz təcrübədir. Final həmişə xüsusi matçdı. Belə oyunlarda favorit olmur. Siz məni tanıyırsız, təvazökar adamam. Bizim dünyanın ən yaxşı komandası olduğumuzu söyləmək fikrində deyiləm. Gələcəkdə rəqiblərimizi qorxutmaq istəyirik, lakin bu haqda danışmaq hələ tezdi. Ümid edirəm ki, finalda azarkeşlərə sevinmək üçün əsas verə bilərik”.


Didye Droqba, Kot d’İvuar yığmasının sabiq hücumçusu:

“Lionel Messiyə indi dayanmağı məsləhət görərdim. O, artıq futbol üçün çox şey edib. Argentina yığması ilə son dünya çempionatının qalibi olması onu daha da əfsanəvi futbolçu etdi. Messi heyrətamiz oyunçudu”.


Cefri Monkada, “Milan”ın texniki direktoru:

“Hər gün Zlatan İbrahimoviçlə birlikdə klubun inkişafı üzərində işləyirik. Serjio Konseysaonun başçılıq etdiyi məşqçilər heyəti ilə gündəlik əlaqə saxlayırıq. Hamımız bir yerdəyik. Bizim üçün heç bir problem yoxdu. Serjiodan və onun işindən razıyıq. Əməkdaşlığı davam etdirmək üçün iki kubok kifayətdi? İki kubok qazanmaq çox vacib olardı. Çünki İtaliya kubokunu sonuncu dəfə qazandığımız ildən uzun müddət keçib”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Başa düşürəm ki, rəhbərlik qərarın daha tez verilməsini istəyir. Qərar vermək lazım olanda tam dəqiqliklə hərəkət edirik. Mənim üçün işdə bu cür güvənin olması həmişə vacib olub və belə də qalır. Gələcəyim haqda qərar verməklə bağlı üzərimdə heç bir təzyiq hiss etmirəm. Vəziyyət aydındı. Hər şeyin öz vaxtı var və indi bu haqda danışmaq çox tezdi. Ona görə də gözləməliyik”.


Arriqo Sakki, İtaliya yığmasının sabiq baş məşqçisi:

“Real”dakı vəziyyətə yaxşı bələdəm və klubun prezidentini da yaxşı tanıyıram. Çünki vaxtilə klubun texniki direktoru olmuşam. Florentino Peres əla prezidentdi, amma hücumçulara həddən artıq diqqət yetirir. Vaxtilə Serxio Ramosun transferi üçün üç ay prezidenti dilə tutmuşam. Ona görə ki, Peres müdafiəçilərə elə bir əhəmiyyət vermir”.


Luiş Fiqu, Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi:

“Çempionlar Liqasının qalibi hansı komanda olacaq? Fikrimcə, PSJ olacaq. Bu komanda əla fiziki formadadı və sabit oyun sərgiləyir. Amma onu da deyim ki, qaliblə bağlı dəqiq proqnoz verməkdə çətinlik əkirəm”.


RAMİL YUSİFOV hazırladı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri