Ötən il 42 dəqiqə futbol oyanyıb: Amma qazancı 110 milyondur
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ildə dünyada ən çox qazanan 10 futbolçusunun adı açıqlanıb.
Bu barədə xarici idman nəşrləri məlumat yayıb.
Siyahıya 285 milyon dollar gəlirlə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo liderlik edir. İkinci yerdə onu 135 milyon dollarlıq gəlirlə Amerikanın “İnter-Mayami” klubunun hücumçusu Leonel Messi izləyir.
Üçüncü yerdə 110 milyon dollar qazancla Səudiyyə Ərəbistanının ən güclü klublarından olan “Əl-Hilal”ın futbolçusu Neymar Junior qərarlaşır.
Siyahının ən maraqlı üzvü də elə Neymardır. Belə ki, braziliyalı ötən il cəmi iki oyunda əvəzləmə ilə meydana çıxıb. Hücumçu il ərzində meydanda ümumilikdə 42 dəqiqə keçirib, 45 dəfə ayağı topa dəyib. Bu isə o, deməkdir ki, Neymar hər topa toxunuşuna görə 1 milyon dollardan çox qazanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 11 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















