Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Ötən il ÇinMərkəzi AsiyaAzərbaycan marşrutu ilə 350dən çox konteyner blokqatarı göndərilib AZƏRTAC

Ötən il ÇinMərkəzi AsiyaAzərbaycan marşrutu ilə 350dən çox konteyner blokqatarı göndərilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 yanvar, AZƏRTAC

2024-cü il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin dəmiryol administrasiyası və digər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də dəmir yolu ilə yükdaşımaların artırılması baxımından bir sıra mühüm nailiyyətlərlə yadda qalıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin əlamətdar hadisələrdən biri Azərbaycandan ilk ixrac blok-qatarının Orta Dəhlizlə Çinə yola salınması olub.

Noyabrın 24-də Bakı–Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorunda əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirib. Belə ki, Orta Dəhliz nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi, eyni zamanda, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırıb. Orta Dəhlizin sürətlə inkişafı həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində yükdaşımaların artırılmasını şərtləndirir.

Ötən il Orta Dəhlizlə yükdaşımalarda növbəti nailiyyətlərdən biri mart ayında Sian limanından birinci konteyner blok-qatarının yola salınması olub. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib.

2024-cü ildə Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU) tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təmin edib. Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil və avtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları, qida və qeyri-qida məhsulları və s. əsas paya sahib olub.

Yükdaşımada əldə edilmiş müsbət göstəricilər ADY ilə Çinin dəmiryol təşkilatları arasında müntəzəm görüş və müzakirələrin nəticəsidir. Ötən ilin mayında ADY rəhbərliyi “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin rəhbər heyəti ilə görüşüb. Müzakirələrin mövzusu iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığa dair ortaq maraq dairəsində olan aktual məsələlər, o cümlədən Orta Dəhlizin inkişafı, yük ötürücülük gücü illik 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti ilə yükdaşımaların bərpasının əhəmiyyəti və digər məsələlər olub. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğu bildirilib.

Bu və digər müzakirələrin məntiqi nəticəsi kimi ötən ilin iyununda Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin genişləndirilmiş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.

2024-cü ilin sentyabr ayında Çin tərəfinin də iştirakı ilə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsinə təşəbbüs göstərilib. Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir yolu, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə etməklə Xəzərin şərq tərəfində Orta Dəhlizin daha bir qolunu formalaşdırır. Assosiasiya Orta Dəhlizin yükdaşımaların şaxələndirilməsinin səmərəli təşkili məqsədilə kollegial orqan qismində çıxış edəcək.

Sentyabrda həmçinin ADY nümayəndə heyəti Çində “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Qlobal Tərəfdaşlarla Görüş – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib. Forum çərçivəsində ADY rəsmiləri Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub.

Müzakirələrin sonunda “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın həmətsisçisi olduğu “Middle Corridor Multimodal LLC” birgə müəssisəsinə qoşulması barədə əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən əməkdaşlığın əsas məqsədi Orta Dəhlizin inkişaf etdirilməsi və Çindən müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirməklə yük həcminin artırılmasıdır.

Genişlənən əməkdaşlıq fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkan verir.

Beləliklə, Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirir, eyni zamanda, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri