Ötən il külək və günəş enerjisi istehsalı artıb
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Dünyada enerji istehsalında yeni dəyişiklik baş verib.
2025-ci ildə günəş enerjisindən istehsal olunan elektrik ilk dəfə qlobal miqyasda nüvə elektrik stansiyalarının istehsalını ötüb.
Günəş və külək enerjisinin birlikdə istehsalı isə nüvə enerjisindən iki dəfədən çox olub.
"Cebheinfo.az" xəbər verir ki, “Dünya Nüvə Sənayesinin Vəziyyəti Hesabatı 2026”da qeyd olunur ki, ötən il günəş enerjisindən elektrik istehsalı 30 faiz, külək enerjisindən istehsal 8 faiz artıb. Nüvə enerjisində artım isə cəmi 1 faiz təşkil edib.
Hesabata əsasən, nüvə enerjisinin dünya üzrə elektrik istehsalındakı payı 9 faizdən 8,8 faizə düşüb. Bu, son 45 ilin ən aşağı göstəricisidir.
Nüvə enerjisinin qlobal elektrik istehsalındakı payı 1996-cı ildə 17,5 faizlə ən yüksək səviyyəyə çatmışdı.
2025-ci ildə bağlanan nüvə reaktorlarının sayı istifadəyə verilən yeni reaktorların sayından çox olub. Nəticədə dünyada nüvə enerjisinin ümumi istismar gücü də cüzi azalıb.
Hesabatda Çinin günəş enerjisinə yatırımları da diqqət çəkib. Dünya Nüvə Sənayesinin Vəziyyəti Hesabatının koordinatoru Mycle Schneider bildirib ki, Çin 2025-ci ildə nüvə enerjisi gücündəki artımdan təxminən 120 dəfə çox yeni günəş enerjisi gücü istifadəyə verib.
Sənəddə Rusiyanın nüvə enerjisi sahəsindəki mövqeyi də araşdırılıb. Bellona Fondunun nüvə məsələləri üzrə məsləhətçisi Dmitry Gorchakovun sözlərinə görə, Rusiya xaricdəki nüvə elektrik stansiyas layihələri və nüvə yanacağının tədarükündə mövqeyini qoruyur.
Hesabatda bildirilir ki, Rusiya 2025-ci ildə Avropa İttifaqına, ABŞ-a və Çinə zənginləşdirilmiş uran ixracını artırıb.
Eyni zamanda, sanksiyaların “Rosatom”un Türkiyə və Macarıstandakı bəzi layihələrində gecikmələrə və maliyyə problemlərinə səbəb olduğu qeyd edilib. Şirkətin xarici gəlirləri də təxminən 10 ildən sonra ilk dəfə azalıb.
596 səhifədən ibarət hesabatda Türkiyənin nüvə enerjisi proqramına da ayrıca yer verilib. Sənəddə Çin, Fransa, Macarıstan, Yaponiya, Rusiya, Cənubi Koreya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ-nin nüvə enerjisi proqramları da araşdırılıb.
Hesabata görə, indiyədək dünyada 224 nüvə reaktoru bağlanıb. Fukusima qəzasından 15 il keçməsinə baxmayaraq, stansiyanın ərazisində və ətrafında davam edən problemlər də hesabatda ayrıca qiymətləndirilib.
Ümumilikdə, hesabat qlobal elektrik istehsalında günəş və külək enerjisinin sürətlə artdığını, nüvə enerjisinin isə əvvəlki payını qorumaqda çətinlik çəkdiyini göstərir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:130
Bu xəbər 30 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















