Icma.az
close
up
RU
Ötən il Türkiyədə ixracat 262 milyard dollara yüksəlib Ərdoğan

Ötən il Türkiyədə ixracat 262 milyard dollara yüksəlib Ərdoğan

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

"2024-cü ildə mal ixracatı 2023-cü ilə nisbətən 2,5 faiz artaraq 262 milyard dollara çatıb".

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində “2024-cü il ixracat rəqəmlərinin açıqlanması proqramı”nda çıxışı zamanı deyib.

Ərdoğan çıxışında 2024-cü ilin dekabrında ixracatın 2,2 faiz artaraq 23,5 milyard dollara çatdığını və bununla da dekabr rekordunu qırdığını bildirib.İdxalın 11,1 faiz artaraq 32,3 milyard dollara çatdığını ifadə edən Ərdoğan qeyd edib ki, il ərzində ixracat rəqəmlərində Cümhuriyyət tarixində rekord qırılıb.

O bildirib ki, 2024-cü ilin yanvar-dekabr dövründə 31 vilayət 1 milyard dollardan çox ixracat həyata keçirib və 54 vilayət ixracatını artırıb:

“Ən çox ixrac edilən 5 vilayət 56,8 milyard dollarla İstanbul, 32 milyard dollarla Kocaeli və 23,8 milyard dollarla İzmir, 18,2 milyard dollarla Bursa və 13,2 milyard dollarla Tekirdağdır".

Ərdoğanın sözlərinə görə, 2024-cü ildə idxal 4,9 faiz azalaraq 344,1 milyard dollara enib: 

"2024-cü ildə xarici ticarət balansımızda müsbət qazanc əldə etdik. 2023-cü ildə 106,3 milyard dollar olan xarici ticarət kəsirini 2024-cü ildə 82,2 milyard dollara endirdik. Yəni 2024-cü ildə xarici ticarət kəsirini 24 milyard dollar azaldıb. İxracatın idxalı qarşılama faizi 5,5 bənd artaraq 76,1 faiz təşkil edib. Biz vəzifəyə başladığımız 2002-ci ildə bu göstərici cəmi 50 faiz civarında idi". 

Ötən il mal və xidmət ixracatçıları üçün 375 milyard dollar hədəf qoyduğunu xatırladan Ərdoğan 2025-ci ildə ümumi mal və xidmət ixracının 390 milyard dolları keçəcəyinə inandığını qeyd edib.


Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri