Ötən il verilmiş güzəştli kreditlərin sayına görə 5 bank fərqlənib AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən il ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC, “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.
AZƏRTAC Sahibkarlığın İnkişafı Fondunun yaydığı məlumata istinadən xəbər verir ki, həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC, “Kapital Bank” ASC və “Yelo Bank” ASC daxildir.
Qeyd edək ki, 2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















