Ötən ilin bu günü Azərbaycan səmalarında sükut çökdü Təyyarə faciəsinin ildönümüdür (VİDEO)
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Ötən ilin bu günü Azərbaycan səmalarında sükut çökdü... AZAL-ın faciə ilə nəticələnən uçuşu yalnız bir qəza deyil, 38 ailənin yarımçıq qalan hekayəsi idi. Bu gün onların xatirəsini ehtiramla anırıq. Onların hər biri göylərdə qalan bir xatirə, ürəklərdə sağalmayan bir izdir...
"Unikal" xatırladır ki, bu gün AZAL aviasiya faciəsinin ildönümüdür. Həmin gün həyatları dəyişən 38 insan… Onların arasında təcrübəli pilotlar, fədakar stüardessa və stüardlar, eləcə də adi bir günün səyahətinə çıxmış sərnişinlər vardı.
O uçuş adi bir səfər idi. Kimi ailəsinə qovuşmağa gedirdi, kimi işinə çatmağa tələsirdi, kimi isə yeni bir başlanğıcın astanasında idi. Amma taleleri eyni anda yarımçıq qaldı.
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya səmasında hərbi-texniki müdaxilədən sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarənin qəzaya uğraması fiziki və texniki kənar müdaxilə nəticəsində baş verib. Amma səbəblər nə olur-olsun, dəyişməyən bir həqiqət var 38 ailənin həyatı sonsuza qədər dəyişdi.
Bu gün onların hər birini adları ilə, xatirələri ilə anırıq. Ailələrinin, yaxınlarının çəkdiyi dərd heç vaxt tam sağalmayacaq, amma onların xatirəsi unudulmayacaq. Çünki onlar yalnız bir qəzanın rəqəmləri deyil - onlar bir millətin ağrısı, bir xalqın yaddaşıdır.
Göylərdə yarımçıq qalan bu həyatların ruhuna rəhmət diləyirik. Onların xatirəsi hər zaman bizimlədir.
Müxbir: Gülayə Mecid
Video: Turqut Sultan
Baxış sayı:34
Bu xəbər 25 Dekabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















