Ov qaydalarını pozan şəxslər 82 min manat cərimələnib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı 82 min manat cərimələnib.
Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Bildirilib ki, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətləri yanvar-fevral ayları ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edib.
Bununla yanaşı Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli, İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində də, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktlarına rast gəlinib.
Faktlarla bağlı akt, protokol tərtib edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















