Icma.az
close
up
RU
Overçuk Ermənistanı hədələdi: “Rusiya ilə ticarətdə başqa tarif rejimi olacaq“

Overçuk Ermənistanı hədələdi: “Rusiya ilə ticarətdə başqa tarif rejimi olacaq“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar vermək hüququ var, lakin İrəvan başa düşməlidir ki, bu, Rusiya ilə ticarətdə prinsip etibarı ilə başqa tarif rejimi anlamına gələcək".

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.

"İşlər belə davam edərsə, o zaman biz qərar qəbul etməli olacağıq - bu ölkəyə qarşı iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik. Harada olmasına qərar vermək Ermənistanın hüququdur. Amma onlar da başa düşürlər ki, o zaman onlar üçün başqa tarif rejimi olacaq, o zaman bizim ölkələrimiz arasında malların sərbəst hərəkəti olmayacaq, rüsumsuz ticarət olmayacaq", - deyə baş nazirin vurğulayıb.

O qeyd edib ki, bu, Ermənistanda xüsusən kənd təsərrüfatı sektorundakı istehsalçılara "kifayət qədər ağrılı" zərbə vura bilər:

"Bazarın xüsusiyyətləri elədir ki, onların məhsullarına Rusiyada tələbat var. Onları əhatə edən bütün ölkələrin nə üzüm, nə ərik, nə də digər meyvə-tərəvəzlə heç bir problemi yoxdur, onların hamısında bunlar var. Rusiya Ermənistan üçün premium bazardır. Mən hələ Ermənistan bazarının Aİ malları ilə dolacağından danışmıram ki, bu da Ermənistanın biznesinin inkişafına az şans verəcək. Onlar bu amilləri də qiymətləndirməli olacaqlar".

Rusiya baş nazirinin müavini əlavə edib ki, Ermənistan Aİ-yə daxil olarsa, hazırda Aİ və Rusiya səmasının bir-biri üçün bağlı olduğu aviadaşımalar sektorunda və sərhədyanı yük daşımalarında problemlər yarana bilər:

"Enerji və ərzaq məhsulları üçün müxtəlif qiymətlər olacaq. Ölkə ən yaxın qonşusu İranla azad ticarət zonasının faydalarını da itirəcək. Çoxlu nəticələr ola bilər, onları başa düşmək və qiymətləndirmək lazımdır. Bu, çox pis ssenaridir, ilk növbədə sadə insanlar üçün, biz bunu istəmirik və ona görə də bu barədə açıq danışırıq.

Əlbəttə, Ermənistan hər halda Aİ-dən nəsə alacaq. Onun üçün hansısa yeni bazarlar açılacaq, bəzi yeni marşrutlar yaranacaq. Onlar bütün bunları ölçməli, tarazlığa baxmalı olacaqlar. Yekunda Ermənistan xalqı qərar verəcək. Bu, onların seçimidir". /Oxu.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri