Icma.az
close
up
RU
Övlada təbii, valideynə iradəli SEVGİ Valideyn övladından imtina edə bilər?

Övlada təbii, valideynə iradəli SEVGİ Valideyn övladından imtina edə bilər?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Belə bir ifadə var: Valideynin övlada olan sevgisi təbii, övladın valideynə olan sevgisi isə iradəli olur. Yalnız məhəbbət və sevgi ailə daxilindəki anlaşılmazlıqları aradan qaldıra bilər.
Amma bəzən müxtəlif səbəblərdən dolayı ailə – xüsusilə valideyn-övlad  münasibətləri o qədər kəskinləşir ki, hüquqi müstəviyə daşınır. Valideyn övladından, övlad öz valideynindən imtina etmək istəyir.
Bəs, ailə üzvündən imtina necə həyata keçirilir? Əgər valideynlər övladlarından imtina edərlərsə, hara müraciət etməlidirlər? Valideynlər övladlarından imtina etdikdən sonra, onlara əmlakdan pay düşürmü?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya danışıb.
O, bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideynin övladından, yaxud övladın valideyndən könüllü şəkildə "imtinası" anlayışı hüquqi baxımdan mövcud deyil.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, şəxsin valideynlik hüquqları məhkəmə qaydasında məhdudlaşdırıla və ya tamamilə məhrum edilə bilər. Lakin bu, həmin şəxsin övlad qarşısındakı qanuni öhdəliklərindən xüsusilə aliment və qayğı göstərmək kimi vəzifələrindən azad edilməsi anlamına gəlmir.

Valideyn könüllü şəkildə övladından hüquqi baxımdan imtina edə bilməz. Eyni zamanda, övladın da valideynindən imtina etməsi hüquqi nəticələr doğurmur və belə bir prosedur nəzərdə tutulmayıb. Əgər övlad tərəfindən valideynə qarşı zorakılıq və ya digər mənəvi-fiziki təzyiq hallarına yol verilərsə, valideyn müvafiq hüquq-mühafizə orqanlarına, həmçinin yaşadığı ərazinin yerli icra hakimiyyətinə ərizə ilə müraciət edə bilər. Bu cür hallar məişət zorakılığı kimi qiymətləndirilə və müvafiq hüquqi tədbirlərlə nəticələnə bilər.
Bundan başqa, valideynlər yaşlılıq dövründə vərəsəlik hüququna dair iradələrini dəyişə bilər.
Məsələn, övladlarını vərəsəlik hüququndan məhrum etmək və ya müəyyən əmlakın həmin övlada verilməməsi barədə vəsiyyət tərtib etmək hüququna malikdirlər”,- deyə o, vurğulayıb.
Ayşən Rəhim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyul 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri