Icma.az
close
up
RU
Valideyn evi yalnız bir övlada bağışlaya bilər? AÇIQLAMA

Valideyn evi yalnız bir övlada bağışlaya bilər? AÇIQLAMA

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi hallarda valideynlər öz mülkiyyətində olan evi yalnız bir övladına bağışlamaq qərarı verirlər. Bəs belə bir situasiyada digər övladların razılığı olmalıdırmı?

Vəkil Amid əsgərov Metbuat.az-a açıqlamasında bildirib ki, Mülki Məcəllənin 666.1-ci maddəsində bağışlama müqaviləsinin anlayışı verilib.

O qeyd edib ki, həmin maddəyə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanılır və onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir:

“Həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə görə isə, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin maddədən göründüyü kimi, əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olduqda, şəxs öz əmlakına təkbaşına yəni yalnız öz iradəsinə əsasən sərəncam verə bilmir”.

Vəkil əlavə edib ki, bağışlanacaq əmlak ər-arvadın ümumi mülkiyyəti olduğu halda bağışlama müqaviləsi bağlanan zaman ərin (arvadın) notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi tələb olunur:

“Məsələnin digər hissəsi, yəni bağışlama yolu ilə sərəncam veriləcək əmlakın vərəsəlik hüququ ilə məhdudlaşmış olması hissəsində bir qədər fərqlidir. Qüvvədə olan Mülki Məcəllənin 667.1-ci maddəsində mülkiyyətçinin öz əmlakına dair sərəncam vermək hüququnun vərəsəlik hüququ ilə məhdudlaşdırıldığı göstərilsə də, bu hüququn hansı həcmdə və qaydada məhdudlaşdırılması və vərəsələrin həmin əmlaka hansı həcmdə hüquqlarının olması nəzərdə tutulmayıb. Müvafiq qaydaların təkmilləşdirilməsi gələcəkdə mülkiyyətçinin və əşyanın bağışlandığı şəxsin öz hüquqlarını təminat altına ala bilməsinə, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, eləcə də vərəsəlik hüquq münasibətləri həyata keçirilərkən müvafiq vərəsələrin hüquqlarının aydın şəkildə tənzimlənməsinə xidmət etmiş olar”.

A.Əsgərov deyib ki, bağışlama nəticəsində gələcəkdə məcburi paya müdaxilə edilmiş olunduğu halda, hüququ pozulan şəxs hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə tamamlanmasını tələb etmək hüququ var:

“Beləliklə, valideyin tərəfindən mənzil (ev) övladlarından birinə bağışlanarkən digər övladlarının razılığı tələb olunmur (mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər və övladlar istisna olmaqla)”.

Vəkil daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqi üçün tələb olunan sənədləri də sadalayıb:

“Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd

Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış

Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi

Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı

Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.

Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri