Övladı 3 cü kurs tələbəsidiri, özü bu il tələbə oldu Video
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.
Yeniavaz.com Baku TV-yə istinadla xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.
O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.
Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.
O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.
Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.
Daha ətraflı:

