Icma.az
close
up
RU
Övladı olan ailələrə ŞAD XƏBƏR Azərbaycanda ilk dəfə olaraq...

Övladı olan ailələrə ŞAD XƏBƏR Azərbaycanda ilk dəfə olaraq...

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan səhiyyəsinin ən ağrılı və problemli sahələrindən olan laboratoriya analizlərinin qeyri-dəqiq çıxması, yaxud bəzi analizlərin ümumiyyətlə ölkəmizdə olmaması sağlamlığımızı şübhə altına alırdı. Bu özünü pediatriya sahəsində daha qabarıq göstərirdi. Artıq bu problemlər bizim üçün tarixə qovuşub.

İndi artıq uşaqların müayinəsi və müalicəsində yeni, dəqiq nəticələr əldə etmək mümkündür.

TƏBİB-in tabeliyindəki Respublika Pediatriya Mərkəzində yaradılan müasir laboratoriya sistemi buna deməyə əsas verir.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB tərəfindən Azərbaycanda ilk dəfə laboratoriya nümunələrinin daşınması üçün "ağıllı daşıma sistemi" tətbiqinə başlanılıb.

BAKU.WS əməkdaşları Respublika Pediatriya Mərkəzində yeni fəaliyyətə düşən laboratoriyada olub. Müşahidələr zamanı həmin laboratoriyada uşaqların analizlərinin rahat, son dərəcə müasir və ağıllı texnologiya vasitərilə tam dəqiq, tez aparıldığını gördük.

Qeyd edək ki, ilk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir.

Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur. 

aboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.

Respublika Pediatriya Mərkəzinin direktoru, uzman doktor, Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycan pediatriya sahəsində yeni və uğurlu mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, bu mərhələnin önəmli hissəsi olan yeni laboratoriyada analizlərin nəticələrində hansısa xətanın qeydə alınması artıq mümkünsüzdür. Çünki burada hər şey demək olar avtomatlaşdırılmış və birbaşa insan faktorundan kənarda tənzimlənir.

"Laboratoriyamızda 200 adda analizlər ən son texnolojiya ilə həyata keçirilir. Buraya hemotoloji laboratoriya, biokimyəvi laboratoriya, malekulyar laboratoriya və kliniki laboratoriya daxildir. Burada ilk dəfə ağıllı daşıma sistemi tətbiq olunub. 

Bu laboratoriya ən son texnologiyalarla tətbiq olunduğu üçün burada prianalitik, analitik və postanalitik olaraq xəta etmə payları demək olar minimumdur. 

Eyni sistem  Respublika Pediatriya Mərkəzinin tabeçiliyində olan bütün xəstəxanalar ın hamısında qurulub. Bu da uşaqlara asan və daha dəqiq diaqnoz qoymağa kömək edəcək", - deyə Azər Əhmədov bildirib.

Qeyd edək ki, tam avtomat şəkildə qanın ümumi analizini icra etmək üçün, eyni zamanda tam avtomat sidik cihazı da Ə.Qarayev Adına Uşaq Klinik Xəstəxanasında istifadəyə verilib.

Respublika Pediatriya Mərkəzinin xəstəxanalarının bütün laboratoriyaları qan qrupu, kumbs testlərinin icrası üçün qızıl standart hesab olunan gel texnologiyasına əsaslanan aqqlütinasiya üsulu ilə işləyən cihazlarla təchiz olunub.

Cihaz qan qrupunun təyinini və dəyərləndirilməsini icra edir. Bundan başqa Mərkəzin xəstəxanalarının bütün laboratoriyalarında eyni qan ümumi analiz nümunəsindən EÇS (eritrositlərin çökmə sürəti) testini icra etmək üçün də cihazlar qurulub.

Bu da öz növbəsində pediatrik xəstə qrupundan çox çətin olan əlavə qan nümunəsinin alınmamasını təmin edir. 

Bütün bunların hər biri işçi xətasının minimuma endirilməsinə və düzgün nəticə əldə edilməsinə xidmət edir.

 "Ağıllı daşıma sistemi" laboratoriyalardan mərkəzi laboratoriyaya qədər daşınan müddətdə tüplərin daşınmasının bütün mərhələlərini onlayn izləmək, qeydiyyata almaq və daşınma zamanı itirilən tüpləri aşkar etmək imkanını təmin edir. Eyni zamanda nümunələrin çeşidlənməsi maksimum həddə asanlaşıb.

Ziya SƏCCAD

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 İyul 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri