Övladını xəstəxanaya çatdırmağa çalışan vətəndaşın köməyinə yol polisi çatdı VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
İyulun 2-də Azərbaycan Polisi Günü ərəfəsində paytaxtda polis əməkdaşları tərəfindən nümunəvi bir addım atılıb.
Avtosfer.az xəbər verir ki, bir vətəndaş azyaşlı övladını təcili şəkildə Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına çatdırmalı olub. Lakin yolların tıxac olması bu prosesi çətinləşdirib.
Sürücü ərazidə xidmət aparan YPX əməkdaşlarına müraciət edib. Polis əməkdaşları vəziyyəti dərhal dəyərləndirərək vətəndaşın avtomobilini xüsusi müşayiətlə sıx hərəkətli yollardan keçirərək xəstəxanaya çatdırıblar.
Vətəndaş göstərilən bu dəstəyə görə polis əməkdaşlarına təşəkkürünü bildirib və hadisəni özünün sosial şəbəkə hesabında da paylaşaraq hüquq-mühafizə orqanlarının bu humanist davranışını təqdirəlayiq hal kimi təqdim edib.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 İyul 2025 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















