Övladları rus bölməsinə qəbul edilməyən valideyn məhkəmədə qalib gəldi
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəbələnin Nic qəsəbəsində iki övladınıb rus bölməsində oxumasını istəyən valideyn problemlə qarşılaşıb.
Modern.az-ın məlumatına görə, valideyn bildirib ki, iki övladı əvvəlcə rusdilli bağça və məktəbəhazırlıq qrupunda oxuyub, amma məktəbə qəbul üçün keçirilən müsahibədə “qeyri-məqbul” nəticə alıblar.
Apellyasiyadan əliboş qayıdan valideyn məhkəməyə üz tutub. Hakimlər müsahibənin video-yazısına baxıb və uşaqların sualları anladığını, cavab verdiyini, ünsiyyət qura bildiyini qeyd ediblər.
Məhkəmənin fikrincə, komissiya qiymətləndirməni düzgün aparmayıb, azyaşlıların ilk dəfə tanımadıqları müəllimlərlə ünsiyyətdə olmasının yaratdığı həyəcan, cavabların gecikməsi kimi təbii hallar nəzərə alınmayıb.
Məhkəmə qərarı ləğv edərək Şəki-Zaqatala Regional Təhsil İdarəsinə uşaqları rus bölməsinin birinci sinfinə qəbul etmək öhdəliyi qoyub.
Elnur Əmirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















