Icma.az
close
up
RU
Oxunan tarix: Bizansın çöküşü tullantılarda gizlənib

Oxunan tarix: Bizansın çöküşü tullantılarda gizlənib

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tarixin sirlərini açığa çıxaran təkcə arxeoloji qalıqlar deyil. Əsrlər öncəsindən bu günə qədər çatmış tullantı yığınları imperiyaların çökməsindən insanların həyatındakı gizli sirlərə qədər bilinməyən həqiqətləri işıqlandırır. Bəs sizə tullantı yığınlarının Bizans İmperiyasının dağılmasına işarə etdiyini desək… Qulağa maraqlı gələ bilər, amma tullantılar tariximiz haqqında çox şey söyləyir. Bəs necə?

Keçmişdən günümüzə çatmış arxeoloji qalıqlar, bizi qədim sivilizasiyaların sirləri ilə tanış edən səssiz şahidlərdir. Mağara divarlarına işlənmiş rəsmlərdən sənət əsərlərinə, məzar daşlarından sümüklərə qədər hər bir tapıntı əslində danışılmağı gözləyən bir hekayə daşıyır. Lakin keçmiş cəmiyyətləri anlamağa işıq tutan tək şey sənət və ya məzar tapıntıları deyil. Bir zamanlar gündəlik həyatın adi parçaları olan tullantılar da bizə çox şey deyə bilər.


Sherg.az xəbər verir ki, tullantı arxeologiyası (“garbology”) qədim cəmiyyətlərin istehlak vərdişlərini, sağlamlıq problemlərini, ticarət şəbəkələrini və hətta iqlim şəraitini ortaya qoyur. Tullantıların izini sürən arxeoloqlar əslində keçmişin gündəlik həyatını yenidən qururlar. Bəs tullantı arxeologiyası tam olaraq nədir və indiyə qədər üzə çıxarılan tullantı qalıqları bizə hansı təəccüblü həqiqətləri pıçılldayır?

Arxeologiya deyəndə adətən gözəl binalar, məzarlar və ya sənət əsərləri ağla gəlir. Amma arxeoloqlar üçün bəzən ən dəyərli məlumat mənbələri qədim cəmiyyətlərin geridə qoyduğu tullantı yığınlarıdır. Bu tullantılar insanların gündəlik həyatlarını, qidalanma vərdişlərini, istehlak adətlərini və ətrafla əlaqələrini anlamaq üçün əvəzsiz ipucları təqdim edir.


Tullantı arxeologiyası anlayışı çox köklü deyil. Hər şey 1970-ci illərdə ABŞ-də başlayan “Garbage Project” ilə başladı. Villiam Rathje və komandası tullantıları incələyərək insanların anketlərdə dediklərindən fərqli davrandığını ortaya qoydu. 1980-1990-cı illərdə ABŞ və Kanadadakı zibilxanalarda aparılan qazıntılar tullantı idarəetmə sistemlərini yaxşılaşdırmaq üçün tövsiyələr hazırlamağa kömək etdi. Bu işlər, tullantı idarəsi və iqlim dəyişikliyi mövzusunda daha çox danışmağa imkan yaratdı.

Mütəxəssislər tullantı arxeologiyasının ənənəvi arxeologiyadan tamamilə fərqli olduğunu, tarix elmi kimi sayılmadığını, burada əsasın materiallar olduğunu bildirir. Bu sahə cəmiyyətlərin mədəni və sosial yaddaşına dair izləri keçmişdən bu günə daşıyır, indiki vərdişləri anlamağı asanlaşdırır.

Tullantı arxeologiyası, keçmişdən günümüzə insan davranışlarını və cəmiyyətlərin təkamülünü anlamağa kömək edir. Çünki tullantılar tez-tez insanların dediklərindən çox, həqiqi həyatlarını əks etdirir. İndiyə qədər aparılan tullantı araşdırmaları, insanların tükətdiklərini dedikləri məhsullarla həqiqətən istifadə etdikləri məhsullar arasında diqqətə çarpan fərqlər olduğunu göstərdi. Müasir metodlarla aparılan anketlərdə isə, tullantıları incələnən ailə üzvlərinin bir-birindən gizli istifadə etdikləri məhsullar olduğu müəyyənləşdirildi.

2019-cu ilin mart ayında “Live Science”da yayımlanan məqalədə tullantı yığınlarının Bizans İmperiyasının yıxılmasına işarə etdiyi iddia edildi. İsrailin Negev Çölündəki Elusa adlı Bizans yaşayış yeri uzun illər qazılmışdı. Lakin həmin ildə arxeoloqlar Elusa şəhərində fərqli bir şey axtardılar -arxeoloji tullantı hövzələrində yığılan çöpləri araşdırmağa qərar verdilər.


Korumalı zibil yığınlarında tapılan ipucları şəhərin inkişafını və hansı problemlərlə üzləşdiyini göstərə biləcək qədər əhəmiyyətli idi. O dövrdə Şimali Yarımkürədə Keç Antik Kiçik Buz Dövrü yaşanırdı və Justinian vəba epidemiyası Roma İmperiyasında yayılararaq 100 milyondan çox insanın ölümünə səbəb olmuşdu. Tullantı araşdırmaları vəba və iqlim dəyişikliyinin dağıdıcı iqtisadi təsirini göstərdi.

Elusa şəhərinin tullantı hövzələrində keramika qab parçaları, toxumlar, zeytun nüvələri, yandırılmış odun kömürləri və hətta Qırmızı dəniz və Nil-dən idxal edildiyi düşünülən qida qalıqları tapıldı. Tullantı qatlarından radiokarbon üsulu ilə tarixləmə aparıldı. Tullantıların təxminən 150 il ərzində yığıldığı və 6-cı əsrin ortalarında birikimin dayandığı məlum oldu. Bu tarix Elusa şəhərinin fəaliyyətini itirdiyi illərə təsadüf edirdi. Araşdırıcılar bu məlumatlara əsaslanaraq, şəhərdəki tullantı probleminin bir şəhərin dağılmaq üzrə olduğu zaman baş verən infrastruktur uğursuzluğu olduğunu nəticəsinə gəldilər.

1970-ci illərdə həyatımıza daxil olan “tullantı arxeologiyası” anlayışı bu gün keçmişi anlamaqdan çox, indiki dövrü anlamağı asanlaşdırır. Mütəxəssislər diqqətlə aparılan tullantı analizindən bölgədəki insanlar haqqında dərin məlumat əldə etdiklərini bildirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri