Icma.az
close
up
RU
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib

“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Petetburq, 2 aprel, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində V.V.Mayakovski adına kitabxananın “Oxuyan Peterburq: mədəniyyət kodları” beynəlxalq layihəsi çərçivəsində poetik tərcümə müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Peterburq oxucularını həm klassik, həm də müasir dünya ədəbiyyatı ilə tanış etməkdir. Layihə çərçivəsində il ərzində kitabxanada mühazirələr, müzakirələr, danışıq klubları və ədəbi-musiqili gecələr təşkil olunub. Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova layihə çərçivəsində mühazirələr və danışıq klubları təşkil edərək Peterburq oxucularını Azərbaycan ədəbiyyatı ilə yaxından tanış edib.

Layihə çərçivəsində başlanmış poetik tərcümə müsabiqəsinin artıq on ildir keçirildiyi qeyd olunur. Müsabiqənin şərtlərinə əsasən, müxtəlif dillərdə təqdim olunan şeirlər kitabxananın saytında yerləşdirilir və həvəskar tərcüməçilər tərəfindən tərcümə edilir. Bu il müsabiqədə Azərbaycan Qismət Rüstəmovun “Mətbəxtlik” şeiri ilə təmsil olunub. Rusiyanın müxtəlif şəhərlərindən olan tərcüməçilər şeiri Azərbaycan dilindən rus dilinə çeviriblər və xüsusi münsiflər heyəti ən yaxşı tərcüməni seçib. Müsabiqənin qalibi Velikiy Novqorod şəhərindən Dmitri Kartaşev olub.

Müsabiqəyə türk, ingilis, fransız, ispan, ərəb, fars, çin, qırğız daxil olmaqla 22 dildə poetik nümunələr təqdim edilib. Təqdim olunan şeirlər və onların tərcümələri kitab şəklində nəşr olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri