Icma.az
close
up
RU
Oyunun mərkəzində dayanan Bakı Şərh

Oyunun mərkəzində dayanan Bakı Şərh

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Qlobal siyasətin sürətlə dəyişdiyi, güc mərkəzlərinin yenidən formalaşdığı bir dövrdə baş verən hər bir diplomatik təmas artıq lokal hadisə kimi deyil, daha geniş geosiyasi mənzərənin tərkib hissəsi kimi dəyərləndirilir. Məhz belə bir kontekstdə Andrey Babişin Azərbaycana səfəri və onun cənab Prezident İlham Əliyev ilə Qəbələdə görüşü xüsusi diqqət çəkir. Bu görüş yalnız iki ölkə arasında münasibətlərin inkişafı deyil, eyni zamanda Azərbaycanın artan geosiyasi çəkisinin nümayişidir”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi məsələsinin gündəmin ilk sıralarında yer aldığı bir vaxtda Azərbaycan kimi etibarlı tərəfdaşların əhəmiyyəti daha da artır: “Bu gün Çexiya kimi sənaye potensialı güclü bir dövlətin baş nazirinin Azərbaycana səfər etməsi təsadüfi deyil. Bu, Avropanın yeni reallıqları qəbul etdiyini və alternativ enerji, nəqliyyat və siyasi tərəfdaşlıq marşrutlarında Bakının rolunu ön plana çıxardığını göstərir.

Qəbələ diplomatiyası: paytaxtdan kənara çıxan güc
Görüşün paytaxt Bakıda deyil, məhz Qəbələdə keçirilməsi isə ayrıca mesajdır. Bu, Azərbaycanın diplomatik imkanlarının yalnız bir şəhərlə məhdudlaşmadığını, ölkənin bütün regionlarının artıq beynəlxalq münasibətlər sisteminə daxil edildiyini göstərir. Qəbələ bu mənada yeni sakit, lakin strateji qərarların müzakirə olunduğu məkana və diplomatik platformaya çevrilir.

Bakı artıq paytaxt yox, qərar mərkəzidir
Son illər ərzində Azərbaycan yalnız enerji ixrac edən ölkə statusundan çıxaraq, həm də siyasi dialoqların, regional təşəbbüslərin və qlobal əməkdaşlıq platformalarının mərkəzinə çevrilib. İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasət nəticəsində Bakı bu gün həm Qərb, həm də Şərq üçün etibarlı tərəfdaş kimi qəbul olunur.
Bu etimad isə təsadüfi deyil, Azərbaycan sözünün arxasında duran, öhdəliklərinə sadiq və strateji baxışa malik aktor kimi çıxış edir.

Yeni geosiyasi xəritədə Azərbaycanın yeri
Dünya artıq əvvəlki kimi deyil. Qlobal enerji marşrutları dəyişir, logistika xətləri yenidən çəkilir, siyasi ittifaqlar transformasiya olunur. Bu yeni xəritədə Azərbaycan yalnız tranzit ölkə deyil, həm də proseslərin istiqamətini müəyyən edən əsas oyunçulardan biridir.
Qəbələdə baş tutan bu görüş də məhz həmin reallığın növbəti təsdiqidir: Bakı artıq hadisələrin arxasınca gedən deyil, onları formalaşdıran paytaxtdır”.

Onun fikrincə, baş nazir Andrey Babişin səfəri və Prezident İlham Əliyevlə görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni mərhələyə qədəm qoyub. Bu, sadəcə diplomatik görüş deyil. Bu, Qəbələdən dünyaya verilən mesajdır. Oyunun qaydaları dəyişir və bu oyunun mərkəzində artıq Bakı dayanır”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri