Icma.az
close
up
RU
Öz içimizdəki “maaş vurğunları” da bir şeyi gec olmadan dərk etməlidir ki...

Öz içimizdəki “maaş vurğunları” da bir şeyi gec olmadan dərk etməlidir ki...

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Düz 3 il əvvəl, sanksiyaların fışqırıq vurduğu dönəmlərdə rus dili beynəlxalq dil qrupundan çıxarılmışdı. Müharibə səbəbi ilə. Adını da belə qoymuşdular ki, işğalçı dövlətin dili NATO, Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlarda əsas dillərdən biri ola bilməz. Çünki bizim öz dəyərlərimiz var.

Və...alın, bu da sizə dəyər! Bir neçə gün əvvəl “İstanbul danışıqları” rus dilində aparıldı...

Üstəlik, məlum danışıqlarda Ukrayna Prezident səviyyəsində təmsil olunmasına rəğmən, Putin İstanbula heç nazir də göndərmədi. Hələ o ki qala, özü gəlsin.

Bilirsinizmi niyə?! Ona görə ki, hazırda bütün kartlar Rusiyanın əlindədir, diktə edən tərəf odur və eyniadlı səbəbdən də ürəyi istədiyi kimi davranır. Daha dəqiq desəm: məzələnir.

Lazım idimi sənə, Zelenski?

Hətta “narıncı inqilab”ların dalğasında hakimiyyətə gələn, Qərbin 1 nömrəli adamı hesab edilən Yuşşenko belə zamanında Rusiya ilə açıq konfrantasiyaya getmədi. Elə bilirsiniz, ona Amerikadan “hərəkət eləməsi” üçün təpki yox idimi? Vardı, əlbət. Amma getmədi. Çün anladı ki, böyük bir riskdir, qaş düzəldən yerdə vurub göz çıxarmaq ehtimalı var, sabah onu tarix də, millət də linç edə bilər.

Bu gün danışıqlar İstanbuldadır, başqa gün Fransada olacaq, o biri gün Polşada, digər gün Londonda.

Beynəlxalq təşkilatlarda gəzməyi və yeyib-içməyi sevən nə qədər “həvəskar kontingent”, nə qədər bekar adam, nə qədər “travel-blogger” varsa, hamısı düzlənəcəklər sıraya, yollanacaqlar səfərə. İllər boyunca. Eynən, ATƏT-in Minsk Qrupu kimi.

Amma nəticə olmayacaq!

Çünki güclü deyilsənsə, alınmır. Öldür özünü, dağıt özünü, partlat özünü- alınmır!

Məgər, Azərbaycan 30 il boyunca, torpaqlarımız işğal altında qaldığı müddətdə haqlı deyildimi?

Həm də necə haqlı idi...

Fəqət, proseslər, gedişat, ələlxüsus da BMT-nin öz Qətnamələrinə sahib çıxa bilməməsi, Avropanın riyakarlığı, beynəlxalq hüququn anasının ağlar günə qoyulması, diplomatiyanın qlobal siyasətdə “rudiment alət” halına gətirilməsi onu göstərdi və sübut etdi ki, haqlı olmaq hələ qalib olmaq deyil. Haqlı olmaq ən yaxşı halda işin 30 faizidir. Və nəhayət: haqlı olmaq – sadəcə haqqını tələb etmək üçün əsasdır, haqqına qovuşmaq üçün deyil!

***

Bir ara Azərbaycan siyasətinin radikal və ağıldankəm qanadı durmadan deyinirdi ki, Müdafiə Sənayesi Nazirliyi nəyimizə lazımdır, mənasız qurumdur, büdcədən havayı pul “yeyir”.

Sonra kosmik peykimiz haqda aşağılayıcı fikirlər söylədilər. Ki, hər şeyimiz düzəlmişdi, bircə peyk çatmırdı.

Daha sonra daxildə və xaricdə düzənlənən hərbi təlimləri, “bizim səbrimiz daşır, belə getsə müharibədən savayı əlac qalmayacaq” ritorikasını, hətta, hava proqnozlarında Şuşa, Laçın, Kəlbəcərlə bağlı verilən məlumatları belə dolamağa, ələ salmağa başladılar.

Amma və lakin! Həmin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlar Vətən Müharibəsində köməyimizə çatarkən, kosmik peykimiz PUA vuruşları zamanı işğalçı Ermənistanın terror yuvalarını müəyyənləşdirərkən, illərdir təlim keçən gənclərimiz qəhrəmana çevrilərkən, hava proqnozu verilən Şuşamız, Laçınımız, Kəlbəcərimiz düşmən tapdağından azad edilərkən....bu adamlardan birinin də səsi çıxmadı!

Və...həmin ünsürlər, üz qaraları indi də başlayıblar ki, biz əgər Fransa ilə düşməniksə, o zaman Prezidentlər Tiranada niyə elə danışıb-gülürdülər?

Yenə anlamırlar! Ya da absurdca, əbləhcə, həyasızca anlamazdan keçirlər. Ki, əgər bir Lider qalibdirsə, Qarabağ son santimetrinə qədər geri qaytarılıbsa, Fransa- Ermənistan cütlüyü hər cəbhədə məğlubiyyətə uğradılıbsa, hətta Kaledoniya əhalisinin belə son ümid yeri Azərbaycandırsa və.....bütün bunlardan sonra Makron İlham Əliyevin xoşuna gəlmək, gözünə girmək üçün dəridən-qabıqdan çıxırsa, içindəki kin və küdurətə rəğmən zarafat eləməyə məhkumdursa – bizim üçün bundan böyük qələbə ola bilməz!

Bir düşmən bundan artıq sındırıla bilməz!

***

İlham Əliyev tarix yazır. Qızıl hərflərlə! Bütün dünya anladı, etiraf etdi bunu.

Siz də anlayın nəhayət, ay radikallar, ay qaragüruh yığını!

Anlayın ki, biz ukraynalının da günündə ola bilərdik, iraqlının da, suriyalının da, əfqanın da.

Amma olmadıq. Heydər Əliyevə, İlham Əliyevə görə olmadıq. Yəni, bəxtəbəxt deyil, məhz bu böyük KİŞİLƏRİN zəhməti hesabına, müdrikliyi sayəsində - olmadıq!

Eyni zamanda....içimizdəki maaş vurğunları, bu ölkədə 500 manat əməkhaqqısı olanları nəzərə almadan öz 5 minlik əməkhaqqısını narazı halda gündəmə gətirənlər, bir ehtiyatsız açıqlama ilə hər birimizi lüzumsuz yerə yamanladanlar!

Elə siz də gec olmadan dərk edin:

Hazırda mövzu maaş deyil, dövlət və dövlətçilikdir!

Hazırda mövzu sən deyilsən, Vətəndir, İlham Əliyevdir, onları göz bəbəyimiz kimi qorumaqdır!

Hazırda mövzu – pul yığıb, almağa çalışdığın avtomobil, nəvələrinə vermək istədiyin hədiyyələr deyil, Qarabağdır, Zəngəzurdur, Qərbi Azərbaycana qayıdışdır!

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri