Öz maşınını qaçırmaq istədi Həbs edildi
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Paytaxtın Nizami rayonunda yerləşən müvəqqəti mühafizə olunan duracaqdan sərxoş vəziyyətdə avtomobilini qaçırmağa cəhd edən sürücü məsuliyyətə cəlb edilib.
Bakupost.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl gecə saat 03 radələrində baş verib.
Belə ki, hadisədən əvvəl paytaxt sakini 1984-cü il təvəllüdlü M. Kərimovun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilib. Sərxoş vəziyyətdə ictimai qaydaya və təhlükəsizliyə real təhlükə yaradan nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq duracağa yerləşdirilib.
Bundan sonra sürücü gecə saatlarında duracağa gələrək evinin açarını maşında unutduğunu bildirib və avtomobilinin açarını alıb. O, maşını işə salaraq meydançanın qapısının bir qədər aralı olmasından istifadə edib və avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərib.
Cəhdin qarşısı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən alınıb və sürücü saxlanılıb.
M. Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə sürücüyə 10 sutka inzibati həbs verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















