Özbək əlifbası latın qrafikası əsasında təkmilləşdiriləcək
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Özbəkistan Senatı Latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsinə yönəlmiş qanunu təsdiqləyiblər.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, Senatın plenar iclasında "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" Özbəkistan Respublikası Qanununda dəyişikliklər edilməsi haqqında" qanun müzakirə olunub. Məsələ ilə bağlı çıxış edən Senatın Elm, Təhsil və Səhiyyə Komitəsinin sədri Odiljon Mamatkarimov ölkədə özbək dilinin inkişafı və dövlət dili statusunun möhkəmləndirilməsi üçün sistemli tədbirlər görüldüyünü qeyd edib. O, deyib ki, özbək dili beynəlxalq nüfuz qazanır.
Latın qrafikasına əsaslanan özbək əlifbasının 26 hərf əvəzinə 28 hərf və 1 durğu işarəsindən ibarət olacağı və 3 hərf kombinasiyası tətbiq ediləcəyi nəzərdə tutulur.
Yeni əlifbaya keçid prosesində vətəndaşların və təşkilatların hüquq və mənafelərini nəzərə almaq məqsədilə, mövcud əlifba əsasında buraxılan sənədlərin, milli valyutanın və qiymətli kağızların dövriyyəsinin 2026-cı ilə qədər dayandırılacağı müəyyən edilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Özbəkistan Senatı latın qrafikalı özbək əlifbası haqqında qanuna dəyişiklikləri təsdiqlədi
10 Sentyabr 2026 16:14
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb AZƏRTAC
04 Yanvar 2025 18:21
Çağrı mərkəzləri ASAN xidmət modeli əsasında təkmilləşdiriləcək
24 Aprel 2026 10:33
Özbəkistanda latın əlifbası ilə bağlı qanun qəbul edildi
07 İyul 2026 17:57
Ssenaristin əlifbası Yeni təlim
13 Yanvar 2025 13:29
Baxış sayı:113
Bu xəbər 10 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















