Çağrı mərkəzləri ASAN xidmət modeli əsasında təkmilləşdiriləcək
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdə tutulub.
Modern.az xəbər verir ki, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək, çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada “ASAN xidmət”in çağrı modeli əsasında “108” Çağrı Mərkəzi vasitəsilə göstəriləcəkdir.
Qərarın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının, həmçinin müvafiq müraciət olduqda digər dövlət qurumlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzi vasitəsilə təmin ediləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















