Özbək professor: Üzeyir Hacıbəyli əsl yaradıcılıq qəhrəmanlığı göstərib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 sentyabr, Günel Alıyeva, AZƏRTAC
Üzeyir Hacıbəyli dahi bəstəkardır. O, XX əsrin əvvəllərində muğam ənənələrini Avropa musiqi təfəkkürü ilə birləşdirərək, İslam dünyasında ilk operanı yaradaraq, əsl yaradıcılıq qəhrəmanlığına imza atıb.
Bu barədə Özbəkistan Dövlət Konservatoriyasının professoru, doktor Şoyista Qanixanova “Üzeyir Hacıbəyli irsi: keçmişdən bu günə” Beynəlxalq Forumun çərçivəsində AZƏRTAC -ın müxbirinə müsahibəsində deyib.
“Üzeyir Hacıbəyli milli orkestr yaradıb, dünya mədəniyyət ictimaiyyətinin diqqətini Şərqin musiqi həyatına cəlb edib”, - deyə o qeyd edib.
Professorun sözlərinə görə, xüsusilə vurğulamaq lazımdır ki, Üzeyir Hacıbəyli çətin bir tarixi dövrdə yaşayıb-yaradırdı, həmin dövr mədəniyyətlərin milli xüsusiyyətləri çox vaxt yox edilirdi.
“Buna baxmayaraq, o, Azərbaycan musiqisinin milli xarakterini qoruyub saxlamağa və aktuallığını heç vaxt itirməyən zəngin mənəvi irs qoyub getməyə nail olub”, - deyə Ş. Qənixanova sözünü yekunlaşdırıb.
Baxış sayı:71
Bu xəbər 26 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















