Özbəkistan 2028 ci ilə qədər 14 milyard kubmetr suya qənaət edəcək
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistan 2028-ci ilə qədər 14 milyard kubmetr suya qənaət edəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev su ehtiyatlarının idarə edilməsi və irriqasiya sektorunun inkişafı ilə bağlı təkliflərin təqdimatına baxarkən bildirilib.
Məlumat verilib ki, Özbəkistanda su qıtlığı şəraitində suvarma şəbəkələri təmir olunur, suya qənaət edən texnologiyalar tətbiq edilir. 2020-2024-cü illərdə bu məqsədlər üçün 60 trilyon som büdcə vəsaiti və 622 milyon ABŞ dolları xarici investisiya ayrılıb. Su qənaət edən texnologiyaların tətbiq olunduğu sahələrin payı 2020-ci ildəki 4 faizdən 2025-ci ilə qədər 50 faizə yüksəlib.
2025-2028-ci illər üçün yeni proqram təsdiq edildi. Buna əsasən, enerji sərfiyyatının azaldılması üçün şəbəkənin 2551 kilometri yenidən qurulacaq, nasos avadanlığı dəyişdiriləcək, su təchizatı və şoranlığı az olan ərazilər azaldılacaq, 460 min hektar torpaq əkin dövriyyəsinə qaytarılacaq. Həmçinin 1,4 milyon hektar sahədə suya qənaət texnologiyaları, o cümlədən 293 min hektar sahədə damcılı suvarma sistemləri tətbiq olunacaq.
Suyun uçotunun avtomatlaşdırılması, hidrotexniki qurğularda avadanlıqların müasirləşdirilməsi, beton üzlüklü kanalların payının 47 faizə çatdırılması nəzərdə tutulur. Təkcə bu il 10 milyard kubmetr, qənaət hesabına isə 2028-ci ilə qədər 14 milyard kubmetr suya qənaət ediləcəyi gözlənilir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Özbəkistan 2028 ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək
03 Oktyabr 2025 18:26
Özbəkistan 14 Airbus təyyarəsi alacaq
11 Aprel 2025 14:14
Bu ölkə 2028 ci ilə qədər paytaxtını köçürəcək 32 milyard xərclənəcək
23 Sentyabr 2025 13:06
Seul 2028 ci ilə qədər ilk mülki nüvə bunkerini inşa edəcək
14 Oktyabr 2025 06:24
İsveçrə 2028 ci ilə qədər Ukraynanın bərpası üçün 1,65 milyard dollar ayıracaq
12 Fevral 2025 14:45
Baxış sayı:68
Bu xəbər 13 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















