Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov "O'zbekiston 24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərləri zamanı Xəzər dənizinin infrastrukturundan istifadə, bərələrin alınması və Azərbaycan dəmir yolunun tikintisində pay iştirakı ilə bağlı tapşırıqlar verilib.
"Bu istiqamətlərin hər biri üzrə ayrıca işçi qrup yaradılıb", - Mahkamov deyib.
O qeyd edib ki, Özbəkistanın Nəqliyyat Nazirliyi görülən işlər, əldə olunan nəticələr və ilin sonunadək qarşıda duran vəzifələr barədə hesabatlar təqdim edib və gələcək tapşırıqları alıb.
Daha əvvəl bildirilib ki, Özbəkistan Türkiyədə Samsun və İstanbul limanlarına çıxış təmin edəcək Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 Sentyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















