Icma.az
close
up
RU
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Avropa Kosmik Agentliyi (ESA) kainatın genişmiqyaslı strukturunu xəritələşdirmək üçün orbitdə hərəkət edən “Evklid” teleskopunun missiyasından ilk böyük məlumat toplusunu, o cümlədən 900 milyondan çox qalaktikanın müşahidələrini yayımlayıb. Bu məlumatlar alimlərin qaranlıq maddə və qaranlıq enerji kimi mürəkkəb kosmik komponentləri araşdırdığı bir vaxtda təqdim olunub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, noyabrın 12-də açıqlanan məlumatlar Yerdən baxıldıqda Ayın təxminən 9500 dəfə böyüklüyündə səmanın görüntüsünü əhatə edir. Missiyanın məqsədi 2031-ci ildə səmanın üçdəbirindən çoxunu əhatə edən ən böyük üçölçülü kosmos atlasını tamamlamaqdır.

Yayımlanan məlumat “Evklid” missiyasının təxminən 13 aylıq müşahidələrini əhatə edir və ümumilikdə 1,7 petabayt - 1,7 milyon giqabayt həcmindədir.

“Bu, ESA-nın “Evklid” missiyası və onda iştirak edən hər kəs üçün böyük bir mərhələdir”, -deyə layihənin astronomu Valeriya Pettorino bildirib.

2023-cü ildə Floridadan kosmosa göndərilən “Evklid” teleskopu kainatın necə genişləndiyi və zamanla onun strukturunun formalaşması, həmçinin qaranlıq enerji və qaranlıq maddənin təbiəti və böyük miqyaslarda cazibə qüvvəsinin rolu haqqında məlumatlar toplayır.

“Evklid” səmadakı qalaktikaların yalnız iki ölçüdə şəkillərini çəkməyəcək, həm də onların məsafəsini, üçüncü ölçünü ölçəcək. Bu, bizə qalaktikaların məkan və zaman daxilində, 10 milyard il ərzində və qalaktik müstəvimizdən kənarda bütün istiqamətlərdə harada olduğunu göstərəcək”, -deyə Pettorino bildirib.

Kainatın tərkibinə adi maddə ilə yanaşı, qaranlıq maddə və qaranlıq enerji də daxildir.

Adi maddə — ulduzlar, planetlər, qaz, toz və Yer kürəsindəki bütün tanış cisimlər kainat tərkibinin təxminən 5 faizini təşkil edir. Qalaktik miqyaslara təsir edən cazibə qüvvəsinin təsirlərinə məruz qalan qaranlıq maddə kosmosun təxminən 27 faizini ehtiva edə biləcək görünməz materialdır. Kainatın sürətlə genişlənməsindən məsul olduğu düşünülən qaranlıq enerji isə onun 68 faizini təşkil edə bilər.

Qaranlıq maddə və qaranlıq enerji işığı yaymır və udmur, bu səbəbdən də birbaşa müşahidə edilə bilməz.

“Evklid” missiyasının əvvəlki məlumat buraxılışları yalnız bir neçə günlük müşahidələri əhatə edirdi. Yeni buraxılmış məlumat dəsti bir ildən çox müddətə aiddir və hələ də kosmik teleskopun altı il ərzində görünən, habelə yaxın infraqırmızı işıqda araşdırılması planlaşdırılan ümumi kosmik fəza sahəsinin yalnız 14 faizini müşahidə edir. Bu məlumat buraxılışı gələn il qaranlıq enerji və qaranlıq maddə üzrə ilk nəticələrlə tamamlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2026 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri