Özbəkistan, Qazaxıstan və Azərbaycan Avropaya “yaşıl enerji” ixracına dair saziş imzalayacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Özbəkistan, Qazaxıstan və Azərbaycan Avropaya “yaşıl enerji” ixracına dair saziş imzalayacaq.
Bunu APA-ya açıqlamasında Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov deyib.
“Mən Azərbaycanı belə bir böyük beynəlxalq tədbiri bu cür əla səviyyədə təşkil etdiyinə görə təbrik etmək istərdim. Bu, həqiqətən də Azərbaycanın iqlim dəyişikliyinə, yaşıl iqtisadiyyata sadiqliyini göstərir və üstəlik, COP29 nəinki insanlarla görüşmək, məsələləri müzakirə etmək, həm də yeni layihələrə başlamaq imkanı verir və biz çox şadıq ki, sabah biz - Özbəkistan, Qazaxıstan və Azərbaycan Avropaya “yaşıl enerji” ixracına dair saziş imzalayacağıq”, - nazir vurğulayıb.
O xatırladıb ki, Özbəkistan Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra ilk olaraq Füzulidə məktəb tikib: “Bu, həqiqətən də Özbəkistanın Azərbaycanla əməkdaşlığa necə dəyər verdiyini və bizim nə qədər yaxın qardaş olduğumuzu göstərir. Ticarət, tranzit, enerji sahəsində əməkdaşlığımız davam etməyə və yüksəlməyə davam edir və prezidentlərimizin münasibətləri və dəstəyi sayəsində bu əməkdaşlıq daha da böyüyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















