Icma.az
close
up
RU
Özbəkistan universitetlərində “Konstitusiya və Suverenlik” mövzusunda mühazirələr oxunub

Özbəkistan universitetlərində “Konstitusiya və Suverenlik” mövzusunda mühazirələr oxunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Özbəkistanın bir neçə aparıcı ali məktəbində sözügedən mövzu ilə bağlı mühazirələr oxunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəzin dəvəti ilə Özbəkistana səfər etmiş Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Mais Əliyev tərəfindən Özbəkistan Dövlət Hüquq Universitetinin hüquqşünaslıq, eləcə də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tarix, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültələrinin yuxarı kurs tələbələrinə oxunan mühazirələrdə “Konstitusiya tarixi və Azərbaycan konstitusiyasında suverenlik müddəaları”, “Sosial hüququn konstitusiya ilə tənzimlənməsi”, “Konstitusiya və suverenlik”, “Azərbaycan və Özbəkistan konstitusiyaları tarixi, suverenlik, sosial və mədəni hüquq məsələləri” və s. mövzulardan söz açılıb.

Mühazirələrdə Azərbaycan dövlətinin suverenliyi, konstitusiyada yer alan müddəalar haqqında geniş məlumat verən professor M.Əliyev Azərbaycan Konstitusiyasını Özbəkistan Konstitusiyası ilə müqayisəli şəkildə şərh edərək hər iki ali qanunlar toplusunda əhəmiyyətli dərəcədə paralellər, eyniliklər olduğunu da izah edib.

Mühazirələrin sonunda professor M.Əliyev tələbələr tərəfindən verilmiş Azərbaycan Konstitusiyası ilə bağlı çoxsaylı sualları da cavablandırıb.

Üç gün davam edən mühazirələr ali məktəb tələbələri tərəfindən böyük maraqla qarşılanıb və müvafiq kafedralar tərəfindən gələcəkdə bu qəbildən mühazirələrin təşkilinin tələbələrin bilik səviyyəsinin yüksəldilməsi baxımından vacibliyi vurğulanaraq sözügedən təşəbbüsün mütəmadi olaraq davam etdirilməsi təklif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri