Özbəkistana müalicə üçün daha çox kimlər üz tutur?
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
2025-ci ilin yanvar-avqust aylarında Özbəkistana müalicə üçün ümumilikdə 62 054 əcnəbi vətəndaş gəlib.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, onların arasında ən çoxu Tacikistan Respublikası vətəndaşlarıdır. Təkcə bu il ölkəyə müalicə üçün üz tutan taciklər 44 209 nəfər olub.
Sonrakı yerləri isə 10427 nəfərlə Qırğızıstan və 5483 nəfərlə Qazaxıstan vətəndaşları tutub.
Həmçinin, Rusiyadan 1280, Əfqanıstandan 343, Türkmənistandan 204, Türkiyədən 31, ABŞ-dan 11, Çindən 10, Ukraynadan 9, digər ölkələrdən 47 vətəndaş müalicə üçün Özbəkistana səfər edib.
Süleyman

Abdullah Gül Özbəkistana üz tutdu
24 May 2025 17:46
Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək
21 May 2025 11:34
Avropa vətəndaşları müalicə üçün ölkəmizə üz tutur VİDEO
25 Noyabr 2024 10:58
Qazaxıstan Özbəkistana AES üçün nüvə yanacağı verəcək
11 İyul 2025 00:15

