Icma.az
close
up
RU
Özbəkistanda elektron siqaretlərin istifadəsi yasaqlanır

Özbəkistanda elektron siqaretlərin istifadəsi yasaqlanır

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Özbəkistan parlamentinin qanunvericilik palatasının plenar iclasında ölkədə elektron siqaretlərə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinə baxılıb və birinci oxunuşda qəbul edilib.

Tribunainfo.az yerli Qazeta.uz-a istinadla xəbər verir ki, qanun layihəsində elektron nikotin daşıyıcı sistemlərin, o cümlədən elektron siqaretlərin və onlar üçün mayelərin dövriyyəsinə qadağa qoyulması təklif edilir. Sənəd tütün məmulatlarının və nikotin istehlakı üçün cihazların, o cümlədən elektron siqaretlərin dövriyyəyə qanunsuz daxil edilməsi ilə bağlı hüquqpozmalara görə də məsuliyyət müəyyən edir.

İclasda bildirilib ki, elektron siqaretlərin tərkibində nikotinlə yanaşı, insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran 80 müxtəlif kanserogen və zəhərli kimyəvi birləşmələr və ağır metallar var. Bədəndə nikotin asılılığının artması ilə bu, patoloji beyin strukturlarının formalaşmasına, uşaq və yeniyetmələrdə intellektin, bilik və bacarıqların azalmasına səbəb ola bilər.

Özbəkistan Səhiyyə Nazirliyi 2024-cü ilin aprelində bir sıra tütün və nikotin məmulatlarının, elektron siqaretlərin və tütün qızdırıcı sistemlərinin dövriyyəsini qadağan edən qanun layihəsini müzakirə üçün dərc edib.

Səhiyyə Nazirliyi daha sonra qeyd edib ki, son illər ölkəyə nikotin və tütün məmulatlarının “müasir” və ya “innovativ” növləri daxil olub. ona görə də əhali və gənclər, xüsusən də uşaqlar arasında onların istifadəsi artıb”.

2021-2023-cü illərdə Özbəkistana 28,5 milyon dollar dəyərində 5,4 milyon elektron siqaret idxal edilib ki, bu da əvvəlki illərlə müqayisədə 80 dəfə çoxdur (2018-ci ildə – 349 min dollar dəyərində 182 min elektron siqaret). Bu müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən 11,8 milyard manat dəyərində 105,3 min ədəd belə məhsulun qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Səhiyyə Nazirliyinin təhlilinə görə, yeniyetmələr və gənclər böyüklərə nisbətən elektron siqaretdən 3 dəfə çox istifadə edirlər. 18-29 yaşlı əhali arasında qızdırılan tütün sistemlərindən istifadə əmsalı 30-69 yaşlı insanlarla müqayisədə 2,5 dəfədən çox yüksəkdir.

120-yə yaxın ölkədə elektron siqaretlərin dövriyyəsi tənzimlənir, 40-a yaxın ölkədə isə onların dövriyyəsi qadağandır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri