Özbəkistanda özəl zooparkda üç şir gözətçini parçalayıb
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Özbəkistanın Daşkənd vilayətindəki özəl Lion Park zooparkında üç şir qəfəsdən qaçaraq mühafizəçini öldürüb.
Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat katibi Xayot Şamsutdinov məlumat verib.
Hadisənin saat 05:00-da baş verdiyi bildirilir.
Qeyd olunur ki, heyvanların olduğu qəfəsin qapısını bağlamaq unudulub.
Gözətçi çölə çıxan yırtıcıları geri qovmağa çalışsa da, şirlər onu parça-parça edib.
Zooparkın digər işçiləri baş verənləri dörd saatdan sonra görüblər. Heyvanları qəfəsə qaytarmaq üçün onlar yuxu həbindən istifadə ediblər , lakin bu iş üçün bir yerli ovçu zooparka dəvət edilib.
Hadisə yerinə polis, rayon prokuroru, müstəntiq, rayon ekologiya idarəsinin əməkdaşları və daxili işlər orqanlarının silahlı xüsusi təyinatlı dəstəsi gəlib. Mütəxəssislər hadisə yerinə baxış keçirib, məhkəmə-tibbi və DNT ekspertizası təyin ediblər.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Dekabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















