Icma.az
close
up
RU
Özəl baxçalarda uşaqlar nə yeyir?

Özəl baxçalarda uşaqlar nə yeyir?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son günlər media və sosial şəbəkələrdə aylıq ödənişi çox yüksək olan özəl baxçalarda uşaqlara təqdim edilən qidaların keyfiyyətsiz, bəzən isə yararsız vəziyyətdə olması ilə bağlı yayılan videolar cəmiyyətdə ciddi narahatlıq doğurub.

 Bu, ilk belə hal deyil və oxşar şikayətlərin mütəmadi şəkildə gündəmə gəlməsi artıq problemin sistemli xarakter daşıdığını göstərir.

 Valideynlərin övladlarını etibar etdiyi bu müəssisələrdə baş verənlər nəzarət mexanizmlərinin yetərli olub-olmaması sualını da aktuallaşdırır. Mövcud vəziyyət özəl baxçalarda məsuliyyət, nəzarət və keyfiyyət standartlarının hansı səviyyədə təmin edildiyini yenidən müzakirə predmetinə çevirir.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:

“Özəl baxçalarda qidaların keyfiyyətsiz olması və yaxud da hədsiz baha olması məsələsi, təbii ki, həmin özəl baxçaların fəaliyyəti ilə əlaqədardır. Yəni demək istədiyim odur ki, bu məsələ onların birbaşa nəzarəti altındadır. Özəl baxçalara görə məsuliyyəti Təhsil Nazirliyindən başlamış digər dövlət qurumlarına qədər aid etmək doğru deyil. Çünki özəl baxça konkret özəl bir subyektdir”.

Ekspert əlavə edib ki, məsuliyyət cəmiyyət qarşısındadır və əgər bu istiqamətdə fəaliyyət göstərirlərsə, orada qidalar təqdim olunursa, düşünürəm ki, ən azı təqdim etdikləri qidaları Qida Təhlükəsizliyi Agentliyi yoxlamalı, nəzarətdə saxlamalıdır:

 “Eyni zamanda, qiymətlər həddindən artıq yüksəkdirsə, bu məsələ İqtisadiyyat Nazirliyi yanında antiinhisar qurumu tərəfindən diqqətə alınmalıdır. Əgər qidaların tərkibi keyfiyyətsiz və ya yararsızdırsa, yenə də bu, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülməlidir. 

Təbii ki, bu kimi hallara yol verən baxçılarla bağlı qanunvericiliyə uyğun şəkildə ciddi tədbirlər görülməlidir. Özəl baxçılarla bağlı bu tip xəbərlərin gündəmə gəlməsi, düşünürəm ki, artıq valideynlər üçün də xəbərdaredici bir siqnal rolunu oynamalıdır. 

Ümumiyyətlə, özəl baxçaların məsuliyyətlə yanaşması vacibdir. Bildiyiniz kimi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bəzi hallarda dövlət büdcəsindən şagirdlərin özəl baxçalarda təhsil alması üçün maliyyə də ayrılır.Bu baxımdan, onların daha da diqqətli olması zəruridir. Belə məsuliyyətsiz davranışlara – istər ərzaq qiymətlərinin süni şəkildə artırılması, istərsə də keyfiyyətsiz qidaların təqdim edilməsi hallarına yol verilməsi qəbuledilməzdir. Düşünürəm ki, bu doğru deyil və belə hallara yol verən baxçılar haqqında qanunvericiliyə uyğun ciddi tədbirlər görülməlidir”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri